Cümə, 22 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Putinin 3 hədəfi - Tək çıxış yolu Dəməşqlə ortaqlıq etməkdir...

Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatdan sonra Astana Prosesi ciddi risk altındadır...

Mehmet Ali Güller
“Cumhuriyet” qəzeti, Türkiyə, 14 oktyabr 2019-cu il

Lap əvvəldən bəri Suriyada düzgün xarici siyasət aparmayan AKP hökumətinin atdığı tək doğru addım Rusiyadan dəstək alaraq Astana Prosesinə başlamaq idi. Lakin Ərdoğan hələ də Əsədə qarşı olduğu üçün bu proses də problemli şəkildə davam edir. İndi o taktika da ciddi risk altındadır.

AKP hökumətinin Dəməşqə baxmayaraq, “Sülh Çeşməsi” Hərəkatını başlaması və Dəməşqlə dialoqa girməməsi Astana İttifaqında ciddi sıxıntı yaradır.

Bitərəflik

Türkiyənin Fəratın şərqində apardığı hərbi əməliyyata İran konkret şəkildə qarşı çıxır. Ərdoğanın Trampla qismən uzlaşdığı “Sülh Çeşməsi” Hərəkatı məsələsində Moskva öz maraqları naminə bitərəf mövqe nümayiş etdirir. Türkiyənin hərbi hərəkatı ilə Trampın Suriyadan əsgərlərini geri çəkməsi Moskva tərəfindən normal qəbul olunur. Kreml üçün Suriyadakı problemlərin başlıca səbəbi ABŞ-ın Suriyada olmasıdır. Bu problemi ortadan qaldıran hər xəbər Moskva üçün çox vacibdir.

Kreml başa düşür ki, ABŞ geri çəkildikdən sonra işlər yoluna düşəcək. Bu hədəfin baş tutması üçün də potensial risklərə mane olaraq Türkiyənin hərbi hərəkatını bu nizam üzərində saxlamağa çalışır: Türkiyəni Dəməşqlə dialoqa girməyə məcbur etmək və Ərdoğanın Trampla geniş əhatəli əməkdaşlıq etməsinə mane olmaq.

Moskvanın mesajları

Kreml ilk gündən bəri bildirir ki, hərəkat üçün verilən dəstəklər istənilən halda Suriyanın ərazi bütövlüyünün qorunması prinsipinə uyğun olmalıdır. Çünki Moskva Ankaranın keçirdiyi əməliyyatların Astana Prosesində deyilən “Suriyanın ərazi bütövlüyünü və siyasi birliyini müdafiə etmək” prinsipi ilə toqquşduğunu qeyd edir. Eyni səbəbdən Kremllə yanaşı, rus parlamentinin üst qanadı olan Federasiya Şurası və Dövlət Duması da Ankaraya xəbərdarlıq edib.

Məsələn, Federasiya Şurasının Xarici İşlər Komitəsinin sədri Konstantin Kosaçev deyir: “Türkiyənin Suriyaya qarşı apardığı hərəkat bölgədəki vəziyyətə mənfi təsir göstərəcək”. Həmçinin, Dumanın Müdafiə Komitəsi sədri Vladimir Şamanov bildirib ki, Moskva kürd əhalisinin maraqlarını diqqətə almaq üçün danışıqlar aparmalıdır.

Putindən 2 çıxış

Putin hazırda bu çox problemli vəziyyəti həll etmək üçün hərəkətə keçib. Putin bu məqsədlə hərəkatın 3-cü və 4-cü günündə müxtəlif mesajlar verib. İlk mesajı ABŞ-ın Türkiyənin qucağına atdığı İŞİD problemi ilə bağlı olub: “Türkiyənin Suriya hərəkatı nəticəsində əsir alınmış İŞİD əsgərləri qaça bilər və Ankaranın bu duruma necə nəzarət edəcəyindən əmin deyiləm”.

Putinin ikinci mesajı isə TSK-nın (Türkiyə Silahlı Qüvvələri) Suriyada yerləşməsinin hüquqi vəziyyəti barədədir: “Qanunlara zidd şəkildə Suriya torpaqlarında hökümətin razılığı olmadan yerləşən hərbi dəstələr bölgəni tərk etməlidir. Bu, bütün ölkələr üçün keçərlidir. Əgər Suriyanın gələcəkdəki qanuni rəhbərliyi ölkədə rus silahlı qüvvələrinə ehtiyac olmadığını bildirsə, bu durum Rusiyaya da aid ediləcək”.

Bəs Ankaranı çətinə sala biləcək bu açıqlamaların mənası nədir?

Moskva açıq şəkildə göstərir ki, Dəməşqlə iş birliyi əsasında aparılmayan hərbi hərəkat həm bölgədə, həm də beynəlxalq hüquq sahəsində böyük çətinliklər yaradacaq və Ankara üçün artıq Dəməşqlə ortalıq etmək məcburi hala gəlib.

Kremlin məqsədi

Moskva ABŞ-ı kənarda tutacaq bir prosesi təsis etmək üçün 3 yol müəyyən edilib:

1. Ankaranı Dəməşqlə dialoqa girməyə məcbur edərək Ərdoğan-Tramp uzlaşmasını ortadan qaldırmaq;

2. Dəməşqlə PYD arasında danışıqlar başladaraq hərəkata görə problemli hala gəlmiş ABŞ-PYD münasibətlərini minimuma endirmək və ABŞ-ın kürd kartını əlindən almaq;

3. Bu iki məsələdə ayın sonuna qədər önəmli nəticələr əldə edib, Suriya Konstitusiya Komitəsinin toplantısını qərarlaşdırılmış tarixdə keçirmək.

Kreml bu 3 hədəfi həyata keçirmək üçün diplomatik cəhdlərə start verib. Qısası, təkcə Ankaranım deyil, Moskvanın, hətta Tehranın və Bağdadın da ehtiyac eynidir: Ankaranın Dəməşqlə iş birliyi etməyə başlaması isə qaçınılmaz olacaq. Çünki bütün bu problemlərin tək normal həll yolu buradan başlayır.

Orijinal

Tərcümə PİA.az-ındır

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar