Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya və Türkiyənin müharibə ehtimalı - Ərdoğan Menbiç və Kobanidən vaz keçəcəkmi?

Suriya və Türkiyə həqbiçiləri toqquşarsa, Rusiya və İranın Türkiyə ilə münasibətlərində hansı dəyişikliklər ortaya çıxa bilər və ABŞ-ın, o cümlədən NATO-nun Türkiyəyə qarşı münasibətlərində nələr dəyişər?..

Politoloq: “Suriyanın hökumət qüvvələri ilə Türkiyə arasında silahlı münaqişə başlayarsa, bunun məsuliyyəti Rusiyaİranın üzərinə düşəcək və bu, Astana prosesinin sonu demək olacaq”.

“Əgər Suriya dövləti öz ərazisində yurisdiksiyanı həyata keçirə bilmirsə, onun ərazisindən mütəmadi olaraq Türkiyə ərazisinə kürdlər tərəfindən terror hücumları təşkil edilirsə, burada yalnız bir yol qalır: Türkiyə özü terrorun mənbəyini istənilən vasitələrlə zərərsizləşdirə bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Suriya ordusunun Türkiyənin əməliyyat keçirdiyi kürd ərazilərinə hücuma başlaması haqqında yayıln xəbərləri PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə ordusunun Suriyada sayca 3-cü hərbi əməliyyatı “Sülh çeşməsi” artıq 6-cı günündədir. Xatırladaq ki, oktyabrın 9-da saat 16:00-da Türkiyə ordusu Suriyanın şimal-şərqində YPG silahlı təşkilatının daxil olduğu “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyasının nəzarətində olan bölgədə hərbi əməliyyata başlayıb.

Dünən isə Suriya ordusunun Türkiyənin əməliyyat keçirdiyi kürd ərazilərinə hücuma başlaması haqqında xəbərlər yayılıb. Bildirilir ki, Bəşər Əsəd ordusunun əsas hədəfi Menbiç və Kobanini nəzarətə götürməkdir. “Al Mayadeen” telekanalının bildirdiyinə görə, Suriya ordusu bazar günü Menbiçə daxil olub. Lakin bu məlumat hələ ki, təsdiq olunmur. Məlumata görə, kürdlərdən ibarət silahlı bölmələr hökumət qüvvələrini öz postlarından şəhərə buraxıb.

Bəzi məlumatlara görə ABŞ tərəfindən dəstəklənməyən kürd YPG/PYD qüvvələri Bəşər Əsəd rejimi ilə anlaşıb. Anlaşma Rusiyanın vasitəçiliyi ilə bu ölkənin Suriyadakı Hmeymim aviabazasında əldə edilib. Suriya rejiminin və kürdlərin “Suriya Demokratik Qüvvələri” koalisiyasının nümayəndələri arasında əldə edilmiş anlaşmadan sonra Əsəd ordusu ölkənin şimalına, Türkiyə ordusu və onun müttəfiqləri olan “Azad Suriya Ordusu” qruplaşması ilə kürdlər arasında döyüşlərin getdiyi ərazilərə doğru irəliləyib.

Kürdlərin nümayəndələri anlaşmanın “ağrılı kompromislər” hesabına əldə edildiyini açıqlayıb. Anlaşmaya görə Suriya ordusu Türkiyə ilə sərhədi nəzarətə götürməlidir, kürdlərin gələcək statusuna dair danışıqlar isə sonraya saxlanılır.

Son xəbərlərə görə Suriya rejimi qüvvələri əvvəl kürd birləşmələrinin nəzarətində olan Tabka şəhərinə daxil olublar. Şəhər Əsəd rejimi qüvvələrinin nəzarətinə keçib. Bölgəyə Türkiyə ordusunun irəliləməsini dayandırmaq üçün əlavə qüvvələr göndərilir, amma hələlik Türkiyə və Suriya orduları arasında toqquşma qeydə alınmayıb.

Suriya ordusunun iki gün ərzində Türkiyə ilə sərhəddə iki böyük şəhəri nəzarətə götürəcəyi qeyd olunur. Söhbət Hələbin şərqindəki Menbiç və şimalındakı Kobani (Ayn-əl-Ərəb) şəhərlərindən gedir. Qeyd edək ki, “Sülh çeşməsi” əməliyyatının da əsas hədəfləri məhz bu iki şəhəri ələ keçimək və ordan terrorçuları çıxarmaqdır.

Suriya və Türkiyə ordularının müharibə etmə imkanlarını necə dəyərləndirmək olar və bu halda Suriyada strateji vəziyyət necə dəyişə bilər? Misal üçün, Rusiyaİranın Türkiyə ilə münasibətlərində hansı dəyişikliklər ortaya çıxa bilər və ABŞ-ın, o cümlədən NATO-nun Türkiyəyə qarşı münasibətlərində nələr dəyişər?

Mözu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “Mümkündür ki, ABŞ kürdləri döyüş meydanında Türkiyənin qarşısında tək buraxmağın revanşını sanksiyalarla alsın və bununla öz sədaqətsiz müttəfiq imicinə zərbədən diqqəti yayındırsın”.

Əsəd öz qoşunlarını ölkənin şimalına yeridirsə, ərazisindəki PYD/YPG/PKK terrorçularını da zərərsizləşdirməli, onların başqa bir dövlətə bu halda konkret olaraq Türkiyəyə zərər vurmasının qarşısını qətiyyətlə almalıdır. Nəzakət Məmmədova hesab edir ki, əks halda Türkiyə Əsədi onun suverenliyinə, sərhəd təhlükəsizliyinə qarşı kürd terrorçuları ilə əlbir olmaqda ittiham edə bilər:

Suriya ordusunun kürdlərlə türk ordusuna qarşı birgə müqavimət göstərmək üçün razılaşmaya gəldiyi bildirilir. Əvvəla onu qeyd edək ki, Türkiyə iddia edildiyi kimi bu addımı ilə beynəlxalq hüquq qaydalarını pozmuş sayılmaz. Əgər Suriya dövləti öz ərazisində yurisdiksiyanı həyata keçirə bilmirsə, onun ərazisindən mütəmadi olaraq Türkiyə ərazisinə kürdlər tərəfindən terror hücumları təşkil edilirsə, burada yalnız bir yol qalır: Türkiyə özü terrorun mənbəyini istənilən vasitələrlə zərərsizləşdirə bilər.

Əgər Əsəd öz qoşunlarını ölkənin şimalına yeridirsə, çox yaxşı. Bu, onun hüququdur, amma ərazisindəki PYD/YPG/PKK terrorçularını da zərərsizləşdirməli, onların başqa bir dövlətə bu halda konkret olaraq Türkiyəyə zərər vurmasının qarşısını qətiyyətlə almalıdır. Əks halda Türkiyə Əsədi onun suverenliyinə, sərhəd təhlükəsizliyinə qarşı kürd terrorçuları ilə əlbir olmaqda ittiham edə bilər.

Nəzakət Məmmədova: “Əsədin Rusiyanın icazəsi olmadan ölkənin şimalına kürdlərə yardım üçün qoşun göndərməsi mümkün deyildi”.

ABŞ prezidenti Tramp özü şəxsən ümumiyyətlə, kürdlərə kömək etməyin əleyhinədir. O, hesab edir ki, kürdlər İŞİD-ə qarşı vuruşmağın müqabilində ABŞ-dan yaxşı pul alıblar və Amerika onlara heç nə borclu deyil. Hər halda, müdafiə naziri Mark Esper də kürdlərə görə köhnə müttəfiq Türkiyə ilə qarşıdurmaya getməyin əleyhinədir. Tramp etiraf edib ki, Konqresin liderləri, o cümlədən demokratlarla Türkiyəyə qarşı sanksiyalar tətbiqii müzakirə edir. Mümkündür ki, ABŞ kürdləri döyüş meydanında Türkiyənin qarşısında tək buraxmağın revanşını sanksiyalarla alsın və bununla öz sədaqətsiz müttəfiq imicinə zərbədən diqqəti yayındırsın.

Tramp Yaxın Şərqdəki müharibəyə ölkəsinin qoşulmasını səhv adlandırıb. Görünən odur ki, bu proseslərdə ABŞ Türkiyəyə münasibətdə daha loyal yanaşır, nəinki Rusiya. Hər halda Əsədin Rusiyanın icazəsi olmadan ölkənin şimalına kürdlərə yardım üçün qoşun göndərməsi mümkün deyildi. Əgər Suriyanın hökumət qüvvələri ilə Türkiyə arasında silahlı münaqişə başlayarsa, bunun məsuliyyəti Rusiyaİranın üzərinə düşəcək və bu, Astana prosesinin sonu demək olacaqdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar