Bakıda itkin düşən iki şəxsin ölkə xaricinə getdikləri müəyyən olunub...
Bir müddət əvvəl Sabunçu rayon sakini R.Hacıyevin və Xətai rayon sakini T.Əhmədovun yaxınları onların itkin düşməsi barədə hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən aparılan araşdırma zamanı həmin şəxslərin müxtəlif tarixlərdə Gürcüstana getmələri müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az