Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın sanksiyaları: ABŞ və Türkiyə arasında strateji tərəfdaşlıq bitir?..

Gərginliyin zirvəyə çıxdığı bu dönəmdən sonra Türkiyə-ABŞ münasibətləri necə formalaşacaq?..

Mübariz Əhmədoğlu: “Kürd məsələsi Türkiyə üçün böyük bataqlıqdır... Amma ABŞ üçün də çox gərgin bir dövr başlayıb. Çünki ABŞ bütün Yaxın Şərqi itirə bilər”.

Əhəd Məmmədli: “Görünür yahudi lobbisinin ən çox qorxduğu şey Yaxın Şərqdə Türkiyənin güclənməsidir”.

ABŞ Türkiyənin müdafiə naziri Hulusi Askar da daxil olmaqla üç Türkiyə nazirinə qarşı sanksiya tətbiq edib. Siyahıda həmçinin enerji və təbii ehtiyatlar naziri Fatih Donmez və daxili işlər naziri Süleyman Soylu da yer alıb. Bundan əlavə, sanksiyaların altına Türkiyənin Energetika Nazirliyi və Müdafiə nazirliyi də düşüb.

Yeni sanksiyalar Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması ilə əlaqədar olub. Vaşinqtona görə, Ankaranın bu hərəkəti mülki şəxslərin həyatına təhlükə yaradır, bölgədəki ümumi vəziyyəti gərginləşdirir və İŞİD-ə qarşı təşkil edilmiş kampaniyanı sarsıdır. ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirməyə hazır olduğunu bildirib.

Eyni zamanda ABŞ prezidenti Türkiyəyə qarşı iqtisadi sanksiyaların da anonsunu verib. Tramp 100 milyard dollarlıq ticarət anlaşmasının durdurulacağını və polad ixracına 50 faiz gömrük rüsumu tətbiq edəcəyini dilə gətirib.

Dünən mətbuata danışan ABŞ-ın vote prezidenti Mayk Pens bildirib ki, Trampın təlimatına əsasən Türkiyənin əməliyyatı durdurması, atəşkəs elan olunması üçün Ankaraya danışıqlar aparmağa gedəcək. Bu danışıqların isə müvəffəqiyyətlə başa çatmasına ümid çox azdır. Pens Kobannin toxunulmazlığını təmin etmək üçün danışıqlar aparacağını bildirib. Bu danışıqlar uğursuz nəticələnəcəyi halda isə ABŞ-Türkiyə münasibətlərində gərginliyin zirvəyə qalxacağı şübhə doğurmur.

Demək olarmı ki, Türkiyə ilə ABŞ arasında strateji tərəfdaşlıq bitir və bu dönəmdən sonra Türkiyə-ABŞ münasibətləri necə formalaşacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə və Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Əhəd Məmmədli: “Türkiyə-ABŞ strateji tərəfdaşlığı bitməyəcək. Çünki bu nə Türkiyəyə, nə də ABŞ-a lazımdır”.

Trampın və ya ABŞ-ı əsl idarə edənlərin Türkiyə ilə bütün bağların qopmasına getmələrini düşünməyən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, ABŞ-da güclü təsir imkanları olan yahudi lobbisi bu cür riskə getməz. Getsələr belə ABŞ-ın əsl sahibləri anqlo-sakslar buna imkan verməzlər:

“Qardaş ölkə Türkiyənin iki nazirliyinə və üç nazirinə ABŞ tərəfindən sanksiya tətbiq edilməsi onu göstərir ki, baş verənlər Trampın istəyi deyil, prezidenti olduğu dövlətin elitalarının istəyi olur. Görünür yahudi lobbisinin ən çox qorxduğu şey Yaxın Şərqdə Türkiyənin güclənməsidir. Ona görədə ABŞ-ı Türkiyə ilə qarşıdurmaya sürükləyirlər.

Türkiyə-ABŞ arasında 100 milyard dollarlıq ticarət anlaşmasının durdurulacağı və polad ixracına 50 faiz gömrük rüsumunu tətbiq edəcəyini dilə gətirmək ayrı, bunu tətbiq etmək ayrı şeydir. Düşünmürəm ki, Trampı və ya ABŞ-ı doğrudan idarə edənlər Türkiyə ilə bütün bağların qopmasına getsinlər. ABŞ-da güclü təsir imkanları olan yahudi lobbisi bu cür riskə getməz. Getsələr belə ABŞ-ın əsl sahibləri anqlo-sakslar buna imkan verməzlər. Bütün bunlardan irəli gələrək söyləyə bilərik ki, Türkiyə-ABŞ strateji tərəfdaşlığı bitməyəcək. Çünki bu nə Türkiyəyə, nə də ABŞ-a lazımdır. Bu iki güclü dövlətin hələ də həm dünyada, həm regionda bir-birinə ehtiyacı var.

İndi təbii ki, Türkiyə-ABŞ münasibətləri çətin dönəmdən keçir. Fikrimcə Türkiyə-ABŞ münasibətlərinin hansı formada davam edəcəyi “Sülh çeşməsi” antiterror əməliyyatının necə və nə qədər müddətdə davam edəcəyindən asılı olacaq”.

Mübariz Əhmədoğlu: “ABŞ hesab edir ki, Türkiyəyə qarşı təzyiq siyasəti effekt verəcək və Türkiyə müəyyən mənada geri çəkiləcək”.

Türkiyənin sanksiyalar nəticəsində zəifləyəcəyini və xeyli düşmənlərinin yaranacağını proqnoz edən politoloq PİA.az- açıqlamasında bildirib ki, məsələn İran, Rusiya kimi Suriyadakı müttəfizləri də Türkiyəyə qarşı düşmən ola bilər. “İndi İran, Rusiya Türkiyə ilə müttəfiqdilər. Amma bir azdan həmin dövlətlər müttəfiq yox düşmən rolunda olacaqlar”, deyə politoloq bildirib:

“Demək olar ki, Türkiyə ilə ABŞ arasında strateji tərəfdaşlıq bitir. Hesab edirəm ki, kürd məsələsi Türkiyə üçün böyük bataqlıqdır və Türkiyəni Suriyada həmin bataqlığa saldırlar.

Kürd məsələsində strateji baxımdan əsas günah Türkiyənin özündədir. Bu məsələdə ABŞ-ın o qədər də günahı yoxdur. Çünki təxminən 10 il bundan əvvəl ABŞ İraqda kürd dövləti yaratmaq istədi və Türkiyə ilə də razılaşdı. Yəni bütün məsləhətləşmələr Türkiyə ilə aparıldı. Amma sonradan Türkiyə birdən-birə planını dəyişdi.

Bildiyimiz kimi dünyada təxminən 15 milyona yaxın kürd var. ABŞ-ın da yanaşması belədir ki, bunların bir dövləti olmalıdır. Buna görə də İraqın zəifləməsindən istifadə edib kürdlərə dövlət yaratmaq planını ortaya qoydular.

Mübariz Əhmədoğlu: “Hal-hazırda ABŞ çalışır ki, Türkiyəni indi getdiyi bataqlıq yolundan geri çəksin”.

İndi ABŞ Türkiyəni anlamaq istəyir ki, 15-20 milyon kürdü türk necə qıracaq və onlarla necə düşmənçilik edəcək. Türkiyənin də zəifləməsinə görə onun xeyli düşmənləri yaranacaq. Məsələn İran, Rusiya Türkiyəyə qarşı düşmən olacaq. İndi İran, Rusiya Türkiyə ilə müttəfiqdilər. Amma bir azdan həmin dövlətlər müttəfiq yox düşmən rolunda olacaqlar.

Buna görə də hesab edirəm ki, hal-hazırda ABŞ çalışır ki, Türkiyəni indi getdiyi bataqlıq yolundan geri çəksin. Yəni mən ABŞ-ın siyasətini bunda görürəm.

ABŞ 15 milyon kürdün qırılmasına göz yuma bilməz. Baxmayaraq ki, Pentaqon kürdlərə lazımı qədər silah verib, ABŞ kürdləri sona qədər idarə də edə bilməyəcək. Buna görə də ABŞ üçün çox gərgin bir dövr başlayıb. Çünki ABŞ bütün Yaxın Şərqi itirə bilər. Buna görə də ABŞ hesab edir ki, Türkiyəyə qarşı təzyiq siyasəti effekt verəcək və Türkiyə müəyyən mənada geri çəkiləcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar