Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus çarının ayaqları altına sərilən qırmızı xalı – İran mediası Putinin səfərini belə şərh edib

Məhəmməd Rza Səttari

“Ebtekar” qəzeti (İran), 15.10.2019

Rusiya prezidenti Vladimir Putin dünən Səudiyyə Ərəbistanına gəlib. Bu, əksər mütəxəssislərin Yaxın Şərqdəki vəziyyət və son aylarda baş verən hadisələr baxımından çox vacib hesab etdiyi bir səfərdir.

Putinin Ər-Riyad səfərində ən vacib mövzular, ehtimal ki, ikitərəfli danışıqların gündəliyinə daxil ediləcək. Bu, son həftələr İran-Səudiyyə münasibətlərində buzların əriməsi və Pakistanın baş naziri İmran Xanın Tehranla ər-Riyad arasında vasitəçilik etmə məqsədi ilə İrana ikigünlük səfəri ilə bağlı fərziyyələr fonunda baş verir.

Digər tərəfdən, səudiyyəlilərin İranla əlaqəni daha da kəskinləşdirməmək istəyi ilə bağlı fərziyyələrə baxmayaraq, Putinin İranSəudiyyə Ərəbistanı ilə əlaqələrinin fərqini nəzərə alaraq, bu səfər, müşahidəçilərin fikrincə, az təsirli ola bilər.

Ruslar son illərdə öz xarici siyasət prinsiplərini yenidən qiymətləndiriblər. Xüsusən Putinin Rusiyada hakimiyyətini möhkəmləndirməsindən sonra.

Sovet dönəmini xatırladan mütəxəssislərin fikrincə, o vaxtlar Rusiyanın xarici siyasəti ideoloji mülahizələrə əsaslanır və Soyuq müharibənin təsiri altına düşürdü, lakin bu gün eyni aktiv rol ideoloji zəminə əsaslanmadan davam etdirilir. Buna görə də, Rusiyanın Suriya böhranında aktiv siyasi və hərbi iştirakının şahidi oluruq, böhrandan əvvəlki durumu bərpa etməklə yanaşı, o, Tartus limanını və Xmeymim aviabazasını ələ keçirib, Yaxın Şərqdə itirilmiş mövqeyini bir daha dirçəldir.

Son bir neçə ildə Rusiyanın xarici siyasətinin prinsiplərinə nəzər salmaqla məlum olur ki, Moskva beynəlxalq və regional diplomatiyasında ayrı-ayrı bölgələrdəki bütün aktyorlarla işləməklə, onlar aralarında, bir qayda olaraq, tarazlıq yaratmağa çalışıb. Bu aktyorların hamısı təklikdə Rusiyanın bölgədəki strategiyasını poza bilər. Bunun bariz nümunəsi Suriyadakı döyüş meydanıdır. Ruslar böhran içində olan və eyni zamanda, balanslaşdırdığı ölkələrin demək olar ki, hamısı ilə burada birlikdə işləyir.

 

Ərəblər Moskvaya güvənirlər?

Belə şəraitdə Putinin Səudiyyə Ərəbistanına, daha sonra BƏƏ-yə səfəri bu ölkələrin İranla münasibət tənliklərinə təsir göstərəcək.

İndi bəzi xarici KİV-lər ərəblərin ABŞ-ın onlara qarşı apardığı siyasətlə bağlı qorxularından xəbər verir. 2 gün əvvəl, məsələn, “New York Daily” yazıb ki, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri Donald Trampın qərar qəbulu üslubundan çox narahatdırlar. Onlar Trampın ABŞ qoşunlarını Suriyanın şimalından çıxarma ilə bağlı qərarından son dərəcə sarsılıblar. Vəziyyət o yerə çatıb ki, Amerikanın bölgədən tam çıxmasından tutmuş gələcək qeyri-müəyyənliyə qədər bədbin düşüncələr xaos və qarışıqlıq doğurub.

Buna görə də, Putinin fərqli Yaxın Şərq siyasətinə görə indi Birləşmiş Ərəb Əmirliklərinin, xüsusən Səudiyyə Ərəbistanının, Riyad və Abu-Dabi ilə bütün sahələrdə normal münasibətlərə baxmayaraq, Moskvaya həmişəkindən daha yaxın olma ehtimalı böyükdür.

Siyasi və iqtisadi sahələrdə güclü bağlar, əlbəttə, çox önəmlidir, amma Vaşinqtonun qeyri-müəyyən strategiyası ucbatından indiki fövqəladə durumda təhlükəsizlik sahəsində onlar Putinin dəstəyinə üstünlük verirlər.

 

Eyni səbəbdən OPEC-də Moskva ilə genişmiqyaslı sərmayə və sıx əməkdaşlıq edən Riyad, Yəməndən Suriyaya qədər davam edən və İranla münasibətləri gərginləşdirən xarici siyasət böhranlarında Putindən kömək umur.

 

Putinin Ər-Riyadda güc nümayişi

Ər-Riyad səfərindən əvvəl Putin “Sky News”, “əl-Ərəbiyyə” və “Rusiya əl-youm” adlı üç media orqanına müsahibədə Səudiyyə Ərəbistanının İranla münasibətlərinə dair suala cavab verib: “İran böyük regional gücə sahibdir. Dərin və qədim bir mədəniyyəti var. Bölgədəki bütün ölkələr bir-biri ilə yaxşı münasibət qurmaq istəyir və heç kim başqa bir ölkə ilə toqquşmağa çalışmır. Ancaq müsbət qaydalara sahib olmaq istəyiriksə, tərəfdaşlarımızın qanuni maraqlarını nəzərə almalıyıq.

Burada qanuni və ya qanunsuz maraqlardan söz açmıram, amma deməliyəm ki, İran, bu böyük güc minlərlə ildir mövcuddur və öz maraqlarına sahib ola bilər, onlara hörmətlə yanaşılmalıdır. Mübahisələrin həlli üçün danışıqlar aparılmalıdır. Səudiyyə Ərəbistanı və BƏƏ-nin burada narahatlığını başa düşürəm, ancaq problemləri yalnız iki ölkənin özü həll edə bilər. Biz isə lazımi şərtləri təmin edə bilərik. Həm İran, həm də ərəb dostlarımızla yaxşı münasibətlərimiz var. Əgər İran və Ərəb dünyası ilə yaxşı münasibətlərimizi Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətlərə uyğunlaşdırsaq, qarşılıqlı fayda əldə edə bilərik”.

Eyni zamanda, bəzi təhlilçilər Suriyada Konstitusiya Komitəsi yaratmağa çalışan Putinin 12 il sonra ər-Riyada etdiyi səfər, “Aramco”-ya hücumların ardınca, Fars körfəzində müdafiə sistemi satışı təklifi və enerji sektorunda qlobal qiymət meyllərini müəyyənləşdirmək üçün Səudiyyə Ərəbistanı ilə də ortaqlıq məqsədi güdür.

Buna görə də, ər-Riyad və Abu-Dabiyə səfər həm də Yaxın Şərqdə güc nümayişi üçün tam hazırlıqdır.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar