Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov İtaliya Senatının nümayəndə heyətini qəlub edib

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib...

Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliya Respubikasının Senatının Xarici Əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ümayəndə heyətinə İtaliya Respublikası Senatının Xarici Əlaqələr daimi komissiyasının üzvü Cianluka Ferrara, İtaliya Respublikası Senatının Xarici Əlaqələr daimi komissiyasının katibliyinin rəhbərinin müavini Cianluka Polverari daxil olub.

Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli münasibətləri məmnunluqla vurğulayaraq bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Xüsusilə enerji sahəsində mövcud əməkdaşlığı qeyd edən nazir, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəmərinin tikintisin razılaşdırılmış qrafik üzrə başa çatdılmasının vacibliyini səsləndirdi.

Vito Petroçelli iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ismarışların Parlamentin təmsilçisi qismində onlar tərəfindən tam dəstəklənildiyini qeyd etdi. İki ölkə arasında iqtisadi-ticarət münasibətləri ilə yanaşı, mədəniyyət sahəsində, eləcə də xalqlar arasında əlaqələrin inkişafının əhəmiyyəti ifadə olundu. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləməsini məmnunluqla qeyd edən İtaliya rəsmisi bu məsələdə iki ölkənin yanaşmasının üst-üstə düşdüyünü bildirdi.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat-tranzit layihələrindən bəhs edən nazir, Şərq-Qərb bağlılıq strategiyasının inkişaf etdirilməsi yolları ilə bağlı qarşı tərəfə məlumat verib.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq münasibətləri, bu əməkdaşlığa İtaliyanın töhfəsi mövzusunda müzakirələr etdilər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıldı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar