Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Suriya kürdlərinə qarşı əməliyyatında Moskvanın rolu və mövqeyi

Türkiyə ordusu Suriya kürdlərinin yaşadığı bölgəyə girəndən sonra beynəlxalq ekspertlər yeni situasiyada Rusiyanın rolu, yaranmış vəziyyətin Kremlə faydası və zərərləri barədə mübahisə edirlər...

Ötən bazar Rusiyanın Hmeymimdəki bazasında kürdlər və Əsəd hökuməti Suriya ordusunun türklərlə qarşı vuruşacağı barədə razılığa gələndən sonra Rusiya hərbçiləri və Türkiyə ordusu arasında hərbi qarşıdurma yaranacağı barədə mülahizələr səslənib.

Rusiya rəsmiləri bununla bağlı qısa və çox ehtiyatlı açıqlamalar verirlər.

Bazar ertəsi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə ilə hərbi toqquşma ehtimalı barədə suala belə cavab verib: "Biz bu variant barədə heç düşünmək belə istəməzdik".

Peskov qeyd edib ki, bunun qarşısını almaq üçün iki ölkə hərbçiləri arasında fasiləsiz əlaqə var.

Prezident Vladimir Putin isə oktyabrın 12-də jurnalistlərə deyib ki, "Suriya ərazisi xarici hərbi qoşunlardan azad edilməlidir, Suriya Ərəb Respublikasının ərazi bütövlüyü tamamilə bərpa olunmalıdır".

BBC Rusca xidmətinə danışan rusiyalı ekspertlər hesab edirlər ki, Suriyanın şimal-şərqindəki yeni situasiya müəyyən mənada Rusiyaya sərf edir, Türkiyə və Rusiya rəhbərləri arasında bununla bağlı hansısa gizli razılaşma var.

Fyodor Lukyanov, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru

Suriyada baş verən hər bir hadisə kimi bu situasiya da Rusiya üçün həm faydalı, həm təhlükəlidir. İndiki vəziyyət növbəti dəfə dispozisiyaları dəyişərək Rusiyanın region xaricində ən nüfuzlu oyunçu mövqeyini təsdiqləyir.

Birincisi, nəzərə alsaq ki, Avropa orada yoxdur, ABŞ isə belə qəribə şəkildə geri çəkilir, bölgədə bir tərəfdən stabilləşdirici, digər tərəfdən hamının necə deyərlər, qarant kimi yanaşdığı qüvvə rolunda ancaq Rusiya qalır. Bu, əlbəttə ki, onun mövqelərini möhkəmlədir.


İkincisi, kürdlərin çıxılmaz durumda qalıb Əsəd hakimiyyətinin yurisdiksiyasını tanıması və kömək üçün ona müraciət etməsi, təbii ki, Rusiyanın maraqlarına uyğundur. Çünki əsas məqsəd Əsədin yurisdiksiyasını genişləndirmək və yeni Suriya dövlətində siyasi proseslərə təkan verməkdir.

RusiyaSuriya bu məsələdə, əlbəttə ki, Türkiyəyə güzəştə getməli olacaqlar - bu ölkə formal olaraq Suriyaya aid olan ərazinin bir hissəsini tutacaq. Əvəzində Suriya Kürdüstanının qalan hissəsi Dəməşqin idarəçiliyi altına keçə bilər.

Nəhayət, üçüncüsü - mən Rusiya və Türkiyə arasında necə bir razılaşma olduğunu bilmirəm, amma Rusiyanın əməliyyatla bağlı çox ehtiyatlı reaksiyasından görünür ki, belə bir razılaşma mütləq var. Əlbəttə, Türkiyəyə öz təhlükəsizliyini təmin etmək hüququnu tanıyan Rusiya bunun qarşılığında ondan İdlib məsələsində daha yumşaq mövqe tutmağı istəyəcək. Çünki orada Türkiyəylə əlaqəli qruplaşmalar var, onlarla bağlı bir şeylər etmək lazımdır və Türkiyə nəsə etməyə hazırlaşsa da, hələ ki, bunu reallaşdırmır. Ona görə də Suriya ordusunun Rusiyanın dəstəyilə daha aktiv hərəkətə keçməsinə də Türkiyə göz yummalı olacaq.

Biz çox şeyi bilmirik, amma mənə elə gəlir ki, nəyin mümkün, nəyin qeyri-mümkün olduğu barədə Rusiya və Türkiyə arasında müəyyən qarşılıqlı anlaşma mövcuddur.

Ona görə də mən Türkiyə və Suriya ordularının, ələlxüsus da Türkiyə və Rusiya hərbçilərinin qarşı-qarşıya gələcəklərinə böyük şübhəylə yanaşıram. Böyük ehtimal, hasısa yeni təmas xətti yaradılacaq və hər kəs də onu qəbul edəcək.

Viktor Muraxovski, hərbi ekspert

Rusiya qruplaşmalarının komandanıyla Türkiyə ordusunun Baş Qərargahı arasında birbaşa əlaqə var, türklər öz niyyətləri barədə bizi məlumatlandırırlar. Hər hansı toqquşmaya yol verməmək üçün koordinasiya təmin olunur.

Əsəd ordusunun həmin bölgəyə irəliləməsi prosesində rusiyalılar iştirak etməyəcəklər. Onlar heç bir halda orada olmayacaqlar.

Bu yeni situasiyada kürdlərin Əsəd hökumətiylə danışıqlara qayıtması Rusiyanın taktiki maraqlarına cavab verir.

Amma strateji baxımdan vəziyyət son dərəcə təhlükəli və faydasızdır, çünki Türkiyənin hücumu istənilən halda hərbi aqressiyadır.

Türklər daha əvvəl tutduqları bölgəni - Suriyanın Afrin rayonunu qaytarmağa hazırlaşmırlar və orada türkləşdirmə siyasəti aparırlar: türk lirəsi tətbiq ediblər, Türkiyə ali məktəblərinin filiallarını açıblar. Bundan çıxış edib demək olar ki, onlar həqiqətən də həmin o 30 kilometrlik sərhəd bölgəsini tutsalar, eyni siyasəti orada da tətbiq edə bilərlər və deməli, Türkiyə ordusunun hətta orta müddətli perspektivdə də bölgədən çıxması tamamilə qeyri-müəyyən hal alacaq.

Mixail Magid, politoloq

Problem ondadır ki, Rusiya çox təhlükəli konflitə cəlb olunub. Suriyanın bir neçə ölkə - Əsədə müxalif qüvvələri dəstəkləyən Türkiyə, Əsədə dəstək verən İranRusiya arasında bölüşdürülməsi prosesi gedir, kürdlər Əsəddən yardım almaq istəyirlər, bu, türklərin xoşuna gəlmir...

Rusiya ordusunun konfliktə cəlb olunma təhlükəsi potensial olaraq, əlbəttə ki, mövcuddur, amma çox da böyük deyil.

2015-ci ildə Rusiya təyyarəsi vurulandan sonra Türkiyə ilə müharibənin astanasına gəlib çıxmışdı, amma bu, onların heç birinə lazım deyil. Çünki nəticəsi hamı üçün çox ağır olar. Düşünürəm ki, həm Türkiyə, həm də Rusiya bütün vasitələrlə konfliktdən uzaq durmağa çalışacaqlar.(bbc)

pia.az


Etiket: Türkiyə Suriya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar