Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya müharibəsi ABŞ-ın əlindən necə çıxdı?

Jeremy Bowen BBC-nin Yaxın Şərq redaktoru...

Prezident Donald Trampın, özü dediyi kimi, "böyük və misilsiz müdrikliyi" nəticəsində Suriyanın şimalından qoşunları çıxardıqdan sonra bir həftə ərzində Suriya müharibəsinin xəritəsi dəyişib.Onun hərəkətiylə başlayan hadisələr silsiləsi ABŞ-ın müttəfiqi olan Suriya kürdlərinə xəyanət halına gətirib çıxarmaqla yanaşı, Türkiyə, Suriyanın prezident Bəşər Əsəd rejimi və onu dəstəkləyən Rusiyaİran, eləcə də İŞİD-in cihadçı ekstremistləri qarşısında müxtəlif imkanlar açıb.

Suriyada səkkiz il davam edən müharibə Yaxın Şərqi dəyişib. Son həftə ərzində daha bir dönüş nöqtəsi olub.İllər ərzində aydın idi ki, Suriyanın taleyini suriyalılar yox, xaricilər həll edəcək.

Təkrar müdaxilələr müharibənin davamına və güclənməsinə səbəb oldu. Suriyaya vəziyyətə nəzarət uğrunda mübarizə haqqında yazı müharibə qurbanlarından başlamalıdır.

Müharibənin gedişində hər bir dönüş anı mülki əhali üçün fəlakət və itkilər deməkdir. Əmrlər verən liderlər üçün mülki əhalinin çəkdiyi əzabı göstərən videolara baxış icbari olmalıdır. Həmin videoları internet və televiziyadan tapmaq çətin deyil.

Prezident Trampın ABŞ-ı sonu görünməyən müharibədən çıxarmaq qərarı Türkiyəyə Suriyaya qoşun göndərilməsi üçün yaşıl işıq verdi. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bəyan edib ki, onun hədəfi öz ölkəsindəki kürd üsyançılarının müttəfiqi olan SDQ (Suriya Demokratik Qüvvələri) kürdləridir. Onun planı Suriyanın şimal-şərqində, sərhədin hər iki tərəfinə nəzarət etmək və 32 km dərinlikdə bir "işğal zonası" qurmaqdır. O, həmin zonaya bir milyon və ya ondan daha çox suriyalı qaçqını köçürmək istəyir.

ABŞ İŞİD-ə qarşı döyüşlər aparmaq üçün suriyalı kürdlərə və onlarla yanaşı bəzi ərəblərə təlim keçirəndə amerikalıların bu potensial problemdən, Türkiyənin onların kürd müttəfiqlərini terrorçu saydıqlarından xəbəri var idi. Vashington gələcəkdə yarana biləcək bu problemə göz yumdu. İndi həmin o gələcək artıq yetişib.

Bir həftə əvvəl az sayda ABŞ qoşunu İŞİD-ə qarşı müharibədə mühüm müttəfiqə çevrilmiş Suriya kürdləri üçün təhlükəsizlik zəmanətinin real rəmzi kimi görünürdü. ABŞ, İngiltərə və digərləri hava dəstəyini və xüsusi təyinatlı qoşunları təmin edərkən kürdlər müharibə gedən ərazilərdə döyüşürdü və ölürdülər. İŞİD-in elan etdiyi xilafət süquta uğrayanda kürdlər minlərlə cihadçı döyüşçünü mühasirəyə alaraq həbs etdilər.

Lakin tez bir zamanda Suriya kürdləri tərk edildiklərini anlamağa məcbur oldular və bu, ABŞ hərbiyyəsi sıralarında ciddi narahatlıqla qəbul olundu.

ABŞ Müdafiə naziri Mark Esper kürdlərin tərk edildiklərini inkar edib. Ancaq türklərin irəliləməsi və amerikalıların bölgəni tərk etməsi suriyalı kürdlərdə məhz belə hiss yaradır.Təlatümlü tarixləri boyu kürdlər bir daha xarici bir gücün istifadə edilib atılan müttəfiqləri oldular. Onlar Dəməşqdəki əzəli düşmənlərinə müraciət etdilər.

Bazar günü kürdlər, Suriya prezidenti Bəşər Əsəd rejimi ilə sövdələşmə əldə etdiklərini bildiriblər.Həmin sövdələşməyə görə, Əsədin qoşunları 2012-ci ildən bəri Dəməşq tərəfindən nəzarət edilməyən və Türkiyə ilə sərhədədək uzanan ərəziyə irəliləyə bilər.

Bu, rejim üçün böyük bir qələbədir. Qoşunlar şimal-şərqdəki bazalarından sürətlə hərəkətə keçib. Əsəd tərəfdarları gizlətdikləri rejim bayraqlarını yenidən qaldırdılar.

ABŞ-ın Yaxın Şərq siyasəti üçün bu, fəlakətli bir gün idi. Kürdlərlə ittifaq və Suriyada onların muxtariyyatına verilən təhlükəsizlik zamanəti ABŞ-a müharibənin sonundakı oyunda iştirak etmək imkanı verirdi.

Bu, həm də Əsəd rejimini dəstəkləyən Rusiyaİrana qarşı təzyiq yolu idi. Amerikalıların bölgədən çıxması və Suriya ordusunun irəliləməsi onların da qələbədir.

İŞİD-in cihadçı ekstremistləri qarşısında da yeni imkanlar açılır. Telegram mesajlaşma tətbiqində onlar Suriya boyu yeni bir zorakılıq kampaniyasını elan ediblər.

Onlar ərazilərini, "xilafəti" itiriblər, lakin həbsxanadan və ya qəbirdən kənarda qalanlar yenidən təşkilatlanaraq partizan hücumlarını keçirmək üçün müəyyən dövrə kimi özünün mövcudluğunu bildirməyən özəklər yaradıblar.

Kürdlərin özlərini itirdiyini nəzərə alaraq onlar indi kürd həbsxanalarında saxlanılan minlərlə döyüşçünü azad etmək şansının yarandığını görürlər.

Onlardan bəziləri bədnam qatillərdir, onlar azadlığa çıxsa və əlləri yenidən silah və bombalara çatsa, təkcə Suriyada deyil, daha geniş ərazidə ciddi bir təhlükəyə çevrilə bilərlər.

Odur ki, Qərb hökumətlərinin yenilənmiş İŞİD təhlükəsindən narahat olmağa əsasları var.

Yaxın Şərqdəki problemlər qapılarını döydükdə baş verənlərdən narahat olan Avropa hökumətləri Türkiyəni hücumu dayandırmağa çağırır.

NATO-nun bəzi üzvləri dəhşətli ssenariləri təsvir edirlər - misal üçün Rusiya tərəfindən dəstəklənən Suriyanın potensial olaraq, NATO üzvü olan Türkiyə ilə qarşı-qarşıya gələ biləcəyini istisna etmirlər. Ruslar Türkiyə ilə mütəmadi təmasda olduqlarını söyləyirlər. Dəyişən müharibə meydanında həmişə anlaşmazlıqların, səhvlərin və eskalasiyaların baş verməsi potensialı var.

Son bir həftədə baş verənlər güman ki, Suriya müharibəsinin sonunu sadələşdirir. İki əsas oyunçu, ABŞ və kürdlər, görünür, oyundan kənar qalan kimi görünürlər. Prezident Əsəd isə müttəfiqləri Rusiyaİranla birlikdə Suriyanın fəlakətli müharibəsində qələbələrini möhkəmləndirməkdə davam edirlər.(virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar