Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident yeni Baş nazirin iştirakı ilə ilk müşavirəni keçirdi - Hansısa dəyişiklilər gözlənilir?

Dünən Prezidentin keçirdiyi müşavirədən sonra Nazirlər Kabinetinin fəaliyyətində və strukturunda hər hansı dəyişiklik gözləmək olar?..

İqtisadçı: “Nazirlər Kabinetinin strukturu ilə bağlı dəyişiklik təxminən 2 il bundan əvəl baş vermişdi. Amma yenə də Nazirlər Kabineti əvvəlki formada, yəni baş nazir, baş nazirin 6 müavini və digər strukturlar saxlanılır”.

“Mən arzu edərdim ki, Nazirlər Kabineti çevik bir qruma çevrilsin”.

Bu sözləri tanınmış iqtisadçı Nazim Bəydəmirli dünən prezident İlham Əliyevin yeni baş nazir Əli Əsədovun iştirakı ilə keşirdiyi ilk iqtisadi müşavirəni PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyev yeni baş nazir Əli Əsədovun iştirakı ilə ilk iqtisadi müşavirə keçirib. Müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.

Prezident İlham Əliyev müşavirədə çıxış edib.

Müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış ediblər.

Bu müşavirədən sonra Nazirlər Kabinetinin fəaliyyətində və strukturunda hər hansı dəyişiklik gözləmək olar? Ümumiyyətlə Nazirlər Kabinetinin iqtisadi qanadında struktur islahatların aparılması barədə çoxlu söz-söhbətlər dolaşır. Nazirlər Kabinetinin iqtisadi qanadının hazırkı struktuturunu effektiv hesab etmək olarmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı tanınmış iqtisadçı , Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirliyə müraciət edib.

Nazim Bəydəmirli: “Baş nazirin müavinləri büroktarik aparat yaradaraq daha çox korrupsiya və digər sxemlərdən yararlanırlar”.

Azərbaycanda Gürcüstan modelinin tətbiq edilməsinin tərəfdarı olan tanınmış iqtisadçı PİA.az-a bildirib ki, Azırbaycanda da Gürcüstandakı kimi baş nazir və 17-18 nazir təyin olsun. Nazirlər Kabineti 19 nəfərdən ibarət qrum olsun:

“Mən indiki baş nazirin əvvəlkilərdən fərqli olacağını düşünmürəm və belə bir gözləntim də yoxdur. Çünki Nazirlər Kabinetinin strukturu ilə bağlı dəyişiklik təxminən 2 il bundan əvəl baş vermişdi. Amma yenə də Nazirlər Kabineti əvvəlki formada, yəni baş nazir, baş nazirin 6 müavini və digər strukturlar saxlanılır.

Mən arzu edərdim ki, Nazirlər Kabineti çevik bir qruma çevrilsin. Həmçinin istərdim ki, Azərbaycanda da Gürcüstan modeli tətbiq edilsin. Yəni Gürcüstandakı kimi baş nazir və 17-18 nazir təyin olsun. Nazirlər Kabineti 19 nəfərdən ibarət qrum olsun. Xatırladım ki, Gürcüstanda baş nazirin müavini adında vəzifələr yoxdur. Orada baş nazirin müavini mövcud nairlərin içərisindən ictimai əsaslarla seçilir. Yəni onlar ayrıca vəzifə daşımırlar.

Nazim Bəydəmirli: “Azərbaycanda Gürcüstan kimi Nazirlər Kabinetinin formalaşacağı gözləntim çox deyil. Amma ola da bilər”.

Bütün bunlara görə hesab edirəm ki, Gürcüstan modelinə keçsəydik daha yaxşı olardı. Çünki Azərbaycanda Nazirlər Kabineti deyiləndə baş nazir, onun 6 müavini (bu müavinlər də hansı işlərlə məşğuldurlar heç bilinmir) yada düşür. Baş nazirin müavinləri büroktarik aparat yaradaraq daha çox korrupsiya və digər sxemlərdən yararlanırlar.

Əslində Azərbaycanda Gürcüstan kimi Nazirlər Kabinetinin formalaşacağı gözləntim çox deyil. Amma ola da bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar