Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal

Borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rafael Cəbrayılov milyonçular məhəlləsində yerləşən villasını satışa çıxarıb...

Yenisabah.az-a daxil olan məlumata görə, keçmiş deputatın villanı satışa çıxarması borcları qaytara bilməməsilə bağlıdır. Əmlakın ilkin satış qiyməti 1.5 milyon manat göstərilib.

Əldə etdiyimiz məlumatda qeyd olunur ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur. Onlar keçmiş deputatdan pullarını geri qalmaqda israrlıdırlar. Borclu olduğu şəxslərdən möhlət istəyən Rafael Cəbrayılov da fərqindədir ki, pulları geri qaytarmayacağı təqdirdə həbs təhlükəsi ilə üzləşə bilər.

Məlumatda o da vurğulanır ki, Rafael Cəbrayılov borc qalmaqalına görə, qardaşı Elşən Cəbrayılovu ittiham edir. O, bir neçə dəfə qardaşından problemi yoluna qoymağı tələb etsə də, nəticəsi olmayıb. Bu baxımdan, Rafael Cəbrayılov borclu olduğu şəxsləri qardaşına üstünə qaldırmağa çalışır. Hətta onlardan hüquq-mühafizə orqanlarına şikayət edəcəkləri təqdirdə qardaşının da adını hallandırmağı xahiş edib. Lakin onlar pulu keçmiş deputata verdiklərindən Elşən Cəbrayılovla konfliktə girmək istəmirlər.

Bu arada məlumat yayılıb ki, Sumqayıt şəhər məhləməsinin qərarına əsasən Rəfael Cəbrayılova və qardaşına məxsus "Dərhal" MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək. Məlumatı yayan jurnalist Cavanşir Həsənli qeyd edib ki, məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının "Binəqədi Oyl Kompani" Əməliyyat Şirkətinin istifadəsində olmasıdır.

Sözügedən ərazini Rəfael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb. Zakir Fərəcov 17 dekabr 2010-cu ildə 2023 saylı sərəncamla həmin ərazidə 23 ədəd kürsülü, altı mərtəbəli, iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verib.

Kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar