Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkdilli ölkələrin dollardan imtinası mümkündür?

Ərdoğan Bakıda türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iclasındakı çıxışında türkdilli dövlətləri dollar ilə hesablaşmalardan imtinaya çağırıb...

İqtisadçı-ekspert: “Türkdilli ölkələrin dollardan imtinası mümkün deyil. Çünki türkdilli ölkələrin bir-biri ilə heç bir əlaqəsi yoxdur”.

“Əgər Türkiyə Azərbaycan alış-satışda öz valyutasından istifadə etsə, bu həm iqtisadiyyat, həm də ABŞ-la siyasi münasibətlər baxımından çox çətin olar”.

Bu sözləri iqtisadçı-ekspert Toğrul Maşallı Türkiyə prezidenti Ərdoğanın Bakıda türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iclasındakı çıxışında türkdilli ölkələri qarşılıqlı ticarət zamanı dollardan imtina edilməsi çağrışını PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıda türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iclasındakı çıxışında türkdilli ölkələri qarşılıqlı ticarət zamanı dollar ilə hesablaşmalardan imtinaya çağırıb.

“Dollarla ticarət çox risk yaradır və biz qarşılıqlı hesablaşmalarda milli valyutalara keçməliyik”, deyə R.T.Ərdoğan vurğulayıb.

Türkdilli ölkələrin dollardan imtinasını mümkündürmü və bu iqtisadiyyata, həmçinin ABŞ-la siyasi münasibətlərə necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Toğrul Maşallıya müraciət edib.

Toğrul Maşallı: “Dollardan imtina etmək üçün ən azından türkdilli ölkələr bir-biri üçün hər hansısa əhəmiyyət kəsb etməlidir”.

Türkdilli ölkələr əsasən ya xammal ixrac edən, ya da ümumiyyətlə resursları az olan ölkələr olduğunu xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, elə türkdilli ölkə var ki, başqa türkdilli ölkələrə heç nə satmır, ya da həmin ölkələrdən nə isə almır:

“Türkdilli ölkələrin dollardan imtinası mümkün deyil. Çünki türkdilli ölkələrin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Yəni elə türkdilli ölkə var ki, başqa türkdilli ölkələrə heç nə satmır, ya da həmin ölkələrdən nə isə almır. Məsələn türkdilli ölkə olan Özbəkistan Azərbaycana heç nə satmır. Həmçinin də Azərbaycan Özbəkistana heç nə satmır.

Onu da qeyd edim ki, Türkiyədən başqa qalan türkdilli ölkələr əsasən ya xammal ixrac edir, ya da ümumiyyətlə resursları az olan ölkələridir. Dollardan da imtina etmək üçün ən azından türkdilli ölkələr bir-biri üçün hər hansısa əhəmiyyət kəsb etməlidir. Amma təəssüflər olsun ki, bu əlaqə yalnız Azərbaycan və Türkiyə üçün mümkündür”.

Lakin ekspert hesab edir ki, Türkiyə ilə belə milli valyuta ilə ticarət etmək heç də asan məsələ deyi. Bunun həm iqtisadi, həm də siyasi problemləri ortaya çıxacaq:

Azərbaycanla Türkiyə arasında əlaqə olmasına baxmayaraq, biz onlara qaz və neft satdığımza görə öz valyutamızdan istifadə edə bilmirik. Əgər Türkiyə Azərbaycan alış-satışda öz valyutasından istifadə etsə, bu həm iqtisadiyyat, həm də ABŞ-la siyasi münasibətlər baxımından çox çətin olar. Buna görə də dollardan imtinanı mümkün hesab etmirəm”, deyə ekspert vurğulayıb.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar