Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin son mesajları zəlzələ effektli dəyişiklərdən xəbər verir?..

Hakimiyyət daxilində islahatlara qarşı çıxan qüvvvələrin olmasının ən yüksək səviyyədə dilə gətirilməsi hansı prosseslərə start verə bilər?..

Elxan Şahinoğlu: “Prezident açıq şəkildə ortaya qoydu ki, o köhnə nazirlərdən narazıdır”.

İqbal Ağazadə: “Prezident İlham Əliyevin son iqtisadi müşavirədə çıxışı iqtidar komandası içərisində olan məsələlərə hakimiyyətin ən yüksək səviyyədə verdiyi qiymətdir”.

Xəbər verildiyi kimi, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Ölkə başçısı müşavirədə islahatlara qarşı çıxan hökumət üzvlərini də tənqid edib:

“Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik olan kadrları qaralayırlar.

O cümlədən, mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm, amma bildirməliyəm ki, bir hökumət üzvü digər hökumət üzvləri tərəfindən şantaj edilir.

Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezidentin tapşırığıdır, onlara kölgə salınır.

Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək.

Amma kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”.

Qeyd edək ki, Prezidentin “Bir hökumət üzvü digər hökumət üzvləri tərəfindən şantaj edilir”, “Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər” kimi ifadələri cəmiyyətdə geniş rezonans doğurub. Hakimiyyət daxilində islahatlara qarşı çıxan qüvvvələrin olmasının ən yüksək səviyyədə dilə gətirilməsi hansı prosseslərə start verə bilər? Həmçinin bu çıxış islahatların daha da dərinləşməsi fonunda hakim komandada daha ciddi kadr dəyişikliklərin olacağından xəbər verirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna və Ümid partiyasının sədri İqbal Ağazadəyə  müraciət edib.

Elxan Şahinoğlu: “Bu cür mesajların artdınca dövlət başçısı yaxın günlərdə ciddi kadr dəyişikliyinə yenidən gedə bilər”.

Mövzu ilə bağlı PİA.az-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Prezident təyin etdiyi gənc kadrların uğurlu islahatların da danışıb. Politoloq onu da vurğulayıb ki, Prezident köhnə nazirlərdən narazı olduğunu açıq şəkildə ortaya qoydu:

“Dövlət başçısı son iqtisadi müşavirədə çox açıq danışdı. Prezident mesajların cəmiyyətə ötürdü ki, hakimiyyət, iqtidar içində islahatları qəbul etməyən şəxslər var. Həmçinin Prezident bildirdi ki, iqtidar içində təxribatla da məşğul olan şəxslər də var. Həmin insanlar həm islahatlara mane olurlar, həm də bir-birlərinə savaş açırlar.

Düşünürəm ki, əgər Prezident açıq şəkildə bu çıxışı etdisə, demək ki, həmin şəxsləri də tanıyır və həmin şəxslərə xəbərdarlıq etdi. Prezidentin bu cür çıxışından sonra böyük ehtimalla ciddi kadr dəyişiklikləri olacaq.

Elxan Şahinoğlu: “Əgər Prezident açıq şəkildə bu çıxışı etdisə, demək ki, həmin şəxsləri də tanıyır və həmin şəxslərə xəbərdarlıq etdi”.

Müşavirədə dövlət başçısı bir məsələnin üzərində də dayandı. O məsələni də vurğulamaq lazımdır. Prezident bildirdi ki, təyin etdiyim gənc kadrlar uğurlu islahatlar aparırlar. Prezident misal üçün Vergilər Nazirliyini vurğuladı və bildirdi ki, keçmiş nazirin vaxtında bu sahədə çox böyük çatışmamazlıqlar var idi. Amma indi o çatışmamazlıqlar ortadan qaldırılıb. Həmçinin Prezident Kənd Təsərrüfatı Nazirliyinin də adını çəkdi və bildirdi ki, keçən illərdə bu sahədə artım gözlənilirdi, amma maliyyədə artım olmadı. Artıq yeni nazirlə artım var.

Bununla da Prezident bildirdi ki, o köhnə nazirlərdən narazı olub. Demək ki, bu cür nazirlər, məmurlar hələ də var. Buna görə də mümkündür ki, bu cür mesajların artdınca dövlət başçısı yaxın günlərdə ciddi kadr dəyişikliyinə yenidən gedə bilər”.

İqbal Ağazadə: “Prezidentin çıxışından sonra ciddi kadr dəyişikliklərinin olacağını gözləmək olar”.

İqtidarın yaxın olan partiyalardan bəzilərinin islahatlara qarşı çıxışması haqqında məlumatin olduğunu vurğulayan Ümid partiyasının sədri PİA.az açıqlamasında əlavə edib ki, prezident öz əlində olan məlumatlara əsasən də müşavirədə nazirlərə və onların əlaltılarına xəbərdalıq edib:

Prezident İlham Əliyevin son iqtisadi müşavirədə çıxışı iqtidar komandası içərisində olan məsələlərə hakimiyyətin ən yüksək səvoyyədə verdiyi qiymətdir. Mənim bu barədə ətraflı məlumtım yoxdur. Sadəcə iqtidarın əlinin altında partiyalardan bəzilərinin islahatlara qarşı çıxışması haqqında məlumatlar var. Həmçinin hakim partiyadan da çıxan məlumatlardan görünür ki, iqtidar partiyasında da islahatlara qarşı çıxanlar var. Yəqin ki, həmin məlumatlara əsasən də müşavirədə belə sərt çıxış edildi. İqtidarın içində kim kimi şantaj edir, kimin ölkədə aparılan islahatlara qarşı çıxması haqqında mənim bilgim yoxdur.

Prezidentin çıxışından sonra islahatların dərinləşib dərinləşməyəcəyi ilə bağlı mənim heç bir fikrim yoxdur. Dəqiq deyə bilmərəm. Amma bu çıxışdan sonra ciddi kadr dəyişikliklərinin olacağını gözləmək olar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar