Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkotacir “Volk Qədir” ələ keçdi - Foto

Xaçmaz rayonunda narkotacirlər saxlanılıb...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ləcət kənd sakini, 47 yaşlı Əbülfət Həsənov kənd ərazisində yerləşən meşəlik ərazidə saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə şəxsi axtarış zamanı onun əlindəki kisədən iki sellofan bükümdə, ümumi çəkisi 1 kiloqram 330 qram olan qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Volk Qədir” kimi tanınan rayonun Pərdiqran kənd sakini, əvvəllər məhkum olunmuş, 57 yaşlı Qədir Əlimərdanov da saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan şüşə bankalarda saxlanılan, ümumi çəkisi 3 kiloqram 675 qram olan qurudulmuş marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Q.Əlimərdanov narkotik vasitələrin ona məxsus olduğunu, həmin çətənə kollarını kultivasiya yolu ilə kəndin yaxınlığındakı meşəlik ərazidə yetişdirdiyini etiraf edib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri qaldırılıb, araşdırmalar aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar