Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı iş adamı : "Əli, dərhal get polisə və təslim ol!" - Video

Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi...

Kiyevdə qətlə yetirilən 22 yaşlı Cavid Hacıyevin ölümündə dostu Əli Abdullayev Aydın oğlu şübhəli bilinir. Əli yetərincə imkanlı ailənin övladıdır. O, "Altes Qrup" şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.
PİA.az xəbər verir ki, R.Abdullayev qətl hadisəsindən sonra qaçıb gizlənən qardaşı oğluna səslənərək, onun hüquq-mühafizə orqanlarına təslim olmasını istəyib:

"Xəbər tutanda anasına və qardaşına bildirdim ki, Əli onlarla əlaqəyə girsə ondan polisə təslim olmasını tələb istəsinlər. Mən də öz növbəmdə tələb edirəm: "Əli, dərhal get polisə və təslim ol!"

Gizlənmək və qaçmaqla bu məsələ öz həllini tapmayacaq. Bu nə qədər sürə bilər?

Bir də, hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, Əlinin tapılmasında və cinayətin açılmasında öz köməklərini əsirgəməsinlər. Əgər Əli bu vəhşiliyi törədibsə, təbii ki, qanun qarşısında öz cəzasını almalıdır!"

Qeyd edək ki, Əlinin Ukraynada silsilə qətllər törətdiyi barədə məlumatlar var. "Səni axtarıram" proqramına zəng vuran Aynur adlı xanım, onun üzərinə rusca "Diqqət, manyak axtarılır" və ingiliscə "Təhlükəlidir" yazılmış fotosu "Whatsapp" vasitəsilə hər kəsə göndərildiyini bildirib.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü azərbaycanlı tələbə Cavid Hacıyev 2 oktyabrda Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Almaniyada səfərdə olan Cavid Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb. Meyiti yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb.( Baku.ws)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar