Oyunda 30 min Azərbaycan bayrağı tribunaya düzüləcək...
Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - APOEL (Kipr) oyununda 30 min Azərbaycan bayrağı tribunaya düzüləcək.
PİA.az sportal.az-a istinadən xəbər verir ki, bayraqlar 60x40 ölçüsündə olacaq.
Ağdam klub daha öncə "Monako" ilə oyunda Bayraq günü ilə əlaqədar bu cür təqdirəlayiq addım atıb.
"Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
pia.az