Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Foto

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara, orden və medallara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib...

Tədbir iştirakçılarını 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edən Mədəniyyət naziri Əbülfəs Qarayev mədəniyyət və incəsənət sahəsində çalışan insanların Azərbaycanın müstəqilliyinin yaşaması üçün daim fəaliyyət göstərdiklərini, onu ölkə xaricində təmsil etdiklərini, gənc nəsillərə səylə ötürülməsində çalışdıqlarını, bununla da onun daimiliyini təmin etdiklərini bildirib.

Nazir qeyd edib ki, Mədəniyyət Nazirliyinin qurumlarında 70 minə qədər insan çalışmaqdadır.

Ə. Qarayev vurğulayıb ki, ölkədə təxminən 800 minə qədər insan yaradıcılıqla məşğuldur.

Onun sözlərinə görə, Nazirliyin qarşısında Azərbaycanda yaradıcılıq sənayesinin formalaşdırılması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılması dayanır.

Sonda mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar