Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siqaretlə bağlı daha bir qadağa gəlir - Kimlər cərimələnəcək?

Rusiya Daxili İşlər Nazirliyi azyaşlıların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə maraqlı təklif irəli sürüb...

Belə ki, siqaret çəkməyə başlayan uşaqların valideynlərinin 2 min rubla qədər cərimələnmələri təklif olunur. Hazırda ökəmizdə də yeniyetmələr arasında siqaret çəkmə halları geniş yayılıb.

Bəs Azərbaycanda da oxşar təkliflər gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən sosioloq Əhməd Mansurov qeyd edib ki, təkcə cərimə ilə bu məsələnin həllinə çatmaq olmaz:

“Azyaşlıların tütün məmulatlarına qarşı aludəçiliyinin qarşısını almaq üçün valideynlərin cəzalandırılması ilə bərabər tütünün zərərləri, onun azyaşlılara vurduğu ziyan, həmçinin tütün məmulatlarının reklamı ilə məşğul olanlara da cəza müəyyənləşməlidir. Lakin bizim ölkədə bir cərimə ilə bu məsələni idarə etmək çətindir. Daha çox ictimai məlumatlandırma aparmaq lazımdır. Tütün məmulatından gələn gəlirdən sosial məsuliyyətli kampaniyalara vəsait ayrılmalıdır. Bu dünya təcrübəsində də var ki, bir çox ölkələrdə tütündən gələn vəsaitlə tütünə qarşı mübarizəyə pul ayrılır. Maarifləndirməyə köklənsək, daha yaxşı olar. Əlbəttə ki, cərimə də tətbiq edilsə, valideynlərin uşaqlar üzərində nəzarəti daha da artar.

Burada mütləq nəzərə almaq lazımdır ki, valideyn himayəsindən məhrum olan uşaqlar da var. Ona görə də, siqaret aludəçisi olan azyaşlı qruplarla işlər aparmaq, maarifləndirmə tədbirləri həyata keçirmək vacibdir".

Məsələyə münasibət bildirən hüquqşünas İradə Cavadova isə bildirdi ki, gələcəkdə Azərbaycanda da bu cür cərimələr tətbiq oluna bilər:

“Qanunda azyaşlıların tütün məmulatlarına aludəçiliyinə görə valideynlərin üzərinə hüquqi məsuliyyət düşmür. İndi bütün ölkələrdə azyaşlı uşaqların siqaret aludəçiliyinə qarşı mübarizə aparılır. Hazırda azyaşlılar həm tütün məmulatlarından, həm də narkotik vasitələrdən istifadə edirlər. Bu adətən azyaşlıların hansısa mühitə düşdükdə özünü sübut üçün başlayır. Daha sonra isə bu aludəçiliyə dönüşür. Bu qadınlarımıza, qızlarımıza, hamilə qadınlara xüsusi zərərdir.

Düşünürəm ki, belə bir qanunun qəbul edilməsi vacib addımdır. İlk öncə ictimai yerlərdə siqaretin istifadəsi qadağan olunmalıdır. Məsələ burasındadır ki, Azərbaycandakı tütün məmulatlarında keyfiyyəti ürəkaçan deyil. Düzdür, bizdə tütün plantasiyaları var, amma nədənsə yetişdirilib, istehsal edilən bu tütün məhsulları xaricə istehsal olunur. Belə qanunun bizim ölkədə nə qədər effektiv olub-olmayacağını bilmirəm. Çünki azyaşlıların siqaret çəkdiklərindən çox vaxt valideynlərin heç xəbəri olmur. Təkcə valideynlər deyil, hamı ayıq olmalıdır. Əgər məktəbdə belə bir hal ilə rastlaşılıbsa, valideyn çağrılaraq, xəbərdarlıq edilməlidir. Bu yeterincə effektiv olmasa, cərimə tətbiq etmək olar”.

pia.az


Etiket: siqaret cərimə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar