Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin – Mahir strateq, Yaxın Şərq bazarını yaxşı bilən sövdəgər…

Ərəb analitikin şərhi...

Məhəmməd Aluş

“Əl-Məyadin”, 18.10.2019

Rusiya prezidentinin əvvəlcədən Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfəri 4 əlamətdar hadisəyə təsadüf edib: birincisi, Pakistan rəhbərliyinin İranSəudiyyə Ərəbistanı arasında ciddi vasitəçiliyi; ikincisi, BƏƏ-Səudiyyə Ərəbistanının müharibədə qələbə qazanmağın mümkün olmadığına dair inancla Yəmənə qarşı müharibəni yenidən nəzərdən keçirməsi; üçüncüsü, prezident Trampın Suriyadakı ABŞ qüvvələrini geri çəkməsi və ər-Riyadın hesabına Səudiyyə Ərəbistanında yeni qüvvələrini yerləşdirilməsi; dördüncüsü, Türkiyənin Suriya ilə cənub sərhədi boyunca geniş miqyaslı hərbi təcavüzü və nəticədə, ərəb və beynəlxalq qınaqla üzləşməsi.

Əlbəttə, nə Trampın regional məsələlərdə gündəlik ziddiyyətləri, nə də Səudiyyənin Rusiyanın əhəmiyyətini gec anlaması Putinin Səudiyyə torpağında təmtəraqlı qəbulunu izah edir. Xaşuqci cinayətindən sonra artan izolyasiya ilə bölgədə və qlobal miqyasda Krallığın əhəmiyyətini itirməsi Səudiyyə Ərəbistanı beynəlxalq miqyasda aktivliyi və mövcudluğunun isbatı üçün strateji müttəfiqliklərini diversifikasiya etməyə ehtiyac duyurdu. Ancaq bunların heç birinin bəhrə verməməsi krallığın de-fakto hökmdarı şahzadə Məhəmməd bin Salmanın şəxsi istəyindən də asılı deyil.

Putinin Səudiyyə Ərəbistanına, Rusiyada vəzifəyə başladığı gündən bəri ikinci səfəri, – 12 illik bir fasilədən sonra – Səudiyyə kralı Salmanın 2017-ci ildə Moskvaya daha əvvəl etdiyi və strateji səfərlə müqayisədə, protokola görə çox qısa idi.

Rusiyanın Körfəz maraqları yenidir, lakin diqqətəlayiq sürətlə irəliləyir. Onların kəsişmələri fərqlərdən daha böyükdür və münasibətləri genişləndirmək, şaxələndirmək istəyi qarşılıqlıdır.

Körfəz dövlətləri böyük beynəlxalq dəyişikliklərin acısını yaşayır. Artıq Avropa ABŞ-ın çətirindən kənarda Yaxın Şərq məsələlərində aktiv iştirakçı deyil, Çin əjdahası böyüdükcə və çar Rusiyası beynəlxalq aləmə qayıtdıqca ABŞ böyük strateji dəyişikliklərə məruz qalır.

Dünyanın müxtəlif yerlərində və ABŞ daxilində yeni kəşflərin ortaya çıxması ilə bölgə neftinin əhəmiyyətinin azalması və qlobal enerji mənbələrindən asılılığı zəiflətmə siyasəti ABŞ hesablamalarında Yaxın Şərqin əhəmiyyətinin kiçilməsinin əsas amilləridir.

ABŞ-ın rolunun azalmasından irəli gələn bölgədəki bu strateji boşluğu, – Çinin rolunu indiyə qədər istər-istəməz siyasi təsir göstərəcək iqtisadi ölçülərlə məhdudlaşdırmanı istisna etsək, – yalnız dörd ölkə doldurmağa çalışır.

Onların ən mühümləri arasında birinci Rusiya, sonrakılar İran, Türkiyə və İsraildir. ABŞ-ın tənəzzülə uğramasının və Avropa təsirinin zəifləməsindən ən böyük faydanı götürən tərəf – ərəblərə qarşı immuniteti itirən İsraildir. Daha böyük faydanı götürən isə bölgədəki bütün Amerika irsini miras almağa çalışan Rusiyadır. İran və Türkiyə tarixə istinadla, ölçülərinə və coğrafi vəziyyətlərinə uyğun yer qoparmaq uğrunda bir-biri ilə yarışırlar.

Bu gerçəklik içərisində İsrail İran və Türkiyə ilə getdikcə dah çox düşmən olan Körfəz dövlətləri ilə hələlik kiçik manevrlər edir.

Putin gözəl başa düşür ki, Körfəz dövlətləri obyektiv və elmi səbəblərə görə Qərbin mədəni, hərbi və iqtisadi hegemoniyasından tamamilə qurtula bilmir və onların Rusiya ilə yaxınlaşma dərəcəsi Qərbin oynamaq üçün icazə verdiyi həddə qalır.

Kommersiya, iqtisadiyyat və yüksək texnologiya, xüsusən də süni intellekt, enerji, infrastruktur və digər sahələrdə onlarla razılaşma Rusiya üçün yaxşı nəticədir, lakin bu, Körfəz dövlətlərinə Qərb sistemindən uzaqlaşaraq strateji tərəfdaşlıq qurmaq imkanı vermir.

Bu gün Rusiya özünü ABŞ-ın sanksiyalarından qorumağa çalışır və onun böyük şirkətləri məhsullarına yeni bazarlar, mikro-texnologiya sahəsindəki elmi irsi və yeni abituriyentləri cəlb edən ucuz lisenziyalara sahib olmaq istəyir

Putin bölgədəki ziddiyyətləri, eyni zamanda, müttəfiqi prezident Əsədlə Körfəzdəki qalan hökmdarlar arasındakı düşmənçilik və etimadsızlığın dərəcəsini də yaxşı bilir. O, fobiyaya çevrilən Körfəzin şərq qonşusundan – İrandan terror qorxusunun dərəcəsindən də agahdır və Körfəzin güclü şimal qonşusuna – Türkiyəyə artan ehtiyatlılığı və qəzəbin ölçüsünə də.

Putin mövcud məkanda oynayır və bazarda öz mallarını başqalarının malları ilə tarazlaşdıran sövdəgər, hər kəsin öz hesabları və maraqları olan, bəzən münaqişə ocağına çevrilən, bəzən də alverin şıdırığı getdiyi bazarda tacir düşüncəsi ilə hərəkət edir.

O, ölkəsinin Səudiyyə Ərəbistanıİranla münasibətlərinə İran-Səudiyyə gərginliyində “sülhməramlı” rolunu oynamağa həvəslidir. Mövqelərdən bacarıqla istifadə edərək, Xaşuqcinin qətlindən sonra beynəlxalq izolyasiyanın yüksəkliyində şahzadə Məhəmməd bin Salmana kameralar qarşısında şişirdilmiş bir sevgi nümayiş etdirir, ABŞAvropanın mövqelərinə zidd olaraq, İranı Səudiyyə “Aramko”sunu qaçaraq hədəf almaqdan, ittiham etmədən imtina edir. Hətta ər-Riyada ərazisini qorumaq üçün Rusiya hava hücumundan müdafiə sistemlərinin alınmasını təklif etmək imkanı tapır.

Suriyanı Ərəb Birliyinin ağuşuna qaytarmaq, Astana danışıqlarında iştirak etdikdən sonra prezident Əsəd və Körfəz hökmdarları arasındakı yolları açmaq, Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndən təhlükəsiz çıxışına kömək etmək, az nəticə əldə edilən 5 illik müharibədə onları simalarını itirməkdən qurtarmaq və Körfəz-“Müsəlman Qardaşlar” düşmənçiliyiliyinin, bəzi vəhhabi cərəyanlarının islamçı ekstremizminin Rusiya müsəlmanları və keçmiş sovet respublikaları müsəlmanları arasına keçidini cilovlamaq – bunların hamısı Putin Rusiyası ilə Körfəz monarxiyaları arasında daimi əlaqələrin başlanğıcını təyin edən məsələlərdir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar