Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

Leyla Abdullayeva Ermənistan XİN-nin şərhinə münasibət bildirib...

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-i nazir Elmar Məmmədyarovun “İzvestiya” qəzetinə müsahibəsini şərh edərək guya ki, Azərbaycanın “Kazan sənədi”ndən imtina etməsinə münasibət bildirib.

XİN-dən "Report"a daxil olan məlumatına görə, açıqlamada deyilir:

"Əvvəlcə məsələnin tarixçəsini qısaca xatırlatmaq istərdim. Hazırkı proses 2004-cü ildə Praqada ErmənistanAzərbaycan XİN-ləri səviyyəsində aparılan danışıqlarla başladı və 2007-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən “Madrid prinsipləri” kimi tanınan təkliflərin işlənib-hazırlanmasına gətirib çıxardı. 2009-cu ildə bu təkliflər təkmilləşdirilərək, “Yenilənmiş Madrid prinsipləri” adı altında təqdim olundu. Bu təkliflərə əsasən, 2009-2013-cü illərdə ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin başçıları münaqişənin həllinin əsas konturlarını göstərən birgə bəyanatlarla çıxış etdilər. Məhz bu məntiq həmsədrlərin sonrakı fəaliyyətlərində əsas götürülür və bəyanatlarında, o cümlədən cari ilin 9 martın tarixli bəyanatlarında öz əksini tapır. Ermənistan Xarici İşlər Nazirliyinə bu bəyanatların bütün müddəalarını yaddaşlarında yeniləmələrini tövsiyə edirik.

“Kazan sənədi”nə gəldikdə isə, bu sənəd də BMT-nin Nizamnaməsi və Helsinki Yekun aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında tərtib edilib.

Azərbaycan isə beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərimizin azad olunması və bu torpaqlardan didərgin düşmüş insanların öz evlərinə geri qayıtmasını təmin edən bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib. Ermənistan tərəfinin bu kimi cılız və gülünc açıqlamalarla çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin, belə yaramaz cəhdləri davam etdirmək əvəzinə, Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməli və bölgədəki sülh və təhlükəsizliyi, eləcə də işğalçı ölkənin özünün qeyri-konstruktiv mövqeyi səbəbindən düşdüyü dalandan çıxmasını təmin edə biləcək addımlar atmalıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar