Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Verilən vədlərə əməl olunmazsa...” - Ərdoğan xəbərdarlıq etdi

Türk liderdən xəbərdarlıq...

"Verilən vədlərə əməl olunmazsa, 120 saatlıq müddət bitdikdən sonra hərbi əməliyyatlar daha qətiyyətlə davam etdiriləcək".

PİA.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Dolmabağça sarayında xarici media nümayəndələri ilə görüşü zamanı bildirib.

Yaradılacaq təhlükəsiz bölgəyə təqribən 1-2 milyon suriyalı köçkünün yerləşdiriləcəyini deyən ölkə başçısı Türkiyədəki 3,6 milyon suriyalıdan 350 mininin məhz PKK/YPG terror qruplaşmalarının işğalı altındakı ərazilərdən gələn kürdlər olduğunu bildirib.

“Sülh çeşməsi” hərəkatında Türkiyənin ilk günlərdən uğur qazandığını deyən Prezident Ərdoğan əməliyyatların uğurla başa çatacağına inananların sayının artdığını və onların bu əməliyyatlara münasibətlərinin dəyişdiyini deyib.

Prezident Türkiyənin hər zaman Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini də vurğulayıb.

O bildirib ki, əgər PKK/YPG terror qruplaşmaları Türkiyənin çağırışlarına müsbət cavab versəydi, o zaman bu əməliyyatlara ehtiyac qalmazdı.

Türkiyə Prezidenti oktyabrın 22-də rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşü zamanı bu məsələnin müzakirə olunacağını deyib. (qafqazinfo.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - Foto

loading...

Ən çox oxunanalar