Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərbiyəsiz məktubun digər üzü...

Ağ Ev məktubu göndərdiyini təsdiq etdiyi üçün heç kimin inana bilmədiyi bu axmaqlıq reallığa çevrildi...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 18 oktyabr 2019-cu il

Trampın Ərdoğana yazdığı maraqlı məktub hələ də gündəmdədir. Onun mədəniyyətsiz diplomatiya dilini və bir prezidentə yaraşmayan düşüncə tərzini analiz etmək fikrində deyiləm…

ABŞ-da belə məktubu Trampın yazmadığına inanan çox insan var. Həqiqətən də o məktubun Ağ Evdən çıxmaq ehtimalı zəifdir. Lakin onlar “bəli, biz göndərdik”, dedilər. Bəs bu məktub haradan çıxdı?

Mayk Pens ve Pompeonun gələcəyi bəlli idi. Deyəsən, görüşlər və məsələlər daha dərin və detallıdır. Tam da bu zamanda prezident Ərdoğana: “Penslə görüşəcəksiniz?”, sualı verilib. Qeyri-ixtiyari şəkildə verdiyi cavabdan başa düşülür ki, Pensi prezident köməkçisi Fuad Oqtaya yönləndirib. Bundan əlavə görüşün keçirilməsi elan edilib. Pensin qəbul edilməməsi ABŞ-ın tərbiyyəsiz mövqeyinə qarşı mənalı bir cavab idi.

ABŞ daxilindəki dava hər bir paytaxta təsir edir. Ona görə, bu mübarizə Ankaraya da kölgə salır.

Pensin Ərdoğan tərəfindən qəbul edilməməsi riski Vaşinqtonu hərəkətə keçirdi. Rahib Branson məsələsində də gördük ki, Pens prezident Trampın qarşısına keçib.

Qadınlarla tək qalmağı və söhbət etməyi çox da sevməyən ABŞ prezidentinin köməkçisi barədə deyilir: “Mayk Pens evangelik bir siyasətçidir və qızıl kimi dəyərlidir”.

Pensin Ərdoğan tərəfindən kənarlaşdırılması ehtimalı qarşısında Ağ Ev dərhal hərəkətə keçib. Elə bir şey edilməli idi ki, Ərdoğana zərbə vurulsun. Tam bu anda Ağ Evin başbiləni araya girib və Trampa məktubu ortaya çıxarmağı məsləhət görüb.

Bu şəxsi tanıyırıq. ABŞ prezidenti Donald Trampın ən çox etibar etdiyi şəxslərdən biri Ağ Evin Siyasət Müşaviridir. Hansı ki, o, Ağ Evin koridorlarında Tillersonla dava edəcək qədər güclü şəxsdir. Çoxlu dərin əlaqələri var və ailəsi də Rusiyadan köçüb. Yəhudi olması onun üstünlüyü idi. O, sürətlə yüksəlib və bu gün Ağ Evdə ən təsirli şəxslərdən birinə çevrilib. Hələ 34 yaşında olmasına baxmayaraq, Amerika dərin dövlətinə qarşı mübarizə aparır. Bir neçə gün əvvəl verdiyi açıqlamada deyib: “Dərin Dövlət geri qayıtdı. Lakin həmişə hazırlıqsız şəxsləri tutmaqda ustalaşan dərin dövlət bu dəfə Tramp kimi ağıllı və qorxusuz biri ilə toqquşdu. Ukrayna əməliyyatı dərin dövlətin son həmləsi idi. Ardınca da vəzifədən uzaqlaşdırma prosesinin başlanması Konqresin və Senatın davamı idi”. O, həmçinin, əlavə edib ki, ABŞ mediası tamamilə dərin dövlətə bağlıdır. Trampın siyasi müşavirini tanıyanlar da eyni şeyi düşünür.

Stiv Bennon və Con Bolton Dərin Dövlətin nümayəndələri olaraq Ağ Evə gəlmişdi. Dərinlikdə olan bu quruluş zamanla öyrənildi və Trampa bildirildi. Xüsusilə də, Dərin İş Adamları siyahısı ələ keçirilib və onlar nəzarətə alınıblar. Trampın cəsarəti bu gənc adamın zəkası ilə birləşdikdə Dərin Dövlət nəzarəti itirməyə başladı.

Yəni Pensin qəbul edilməməsi və Ankaradan əliboş qayıtması ehtimalına qarşı Tramp və köməkçisi belə bir addım atıb. Köməkçinin adı Stefen Millerdir. O, sürətlə hərəkət etdi və “Fox Business” müxbiri olan Triş Reqanı çağırıb. Ona nə lazımdırsa, deyib və məktubu yayıb. Ağ Ev də bu məktubu göndərdiyini bildirdiyi üçün heç kimin inana bilmədiyi bu axmaqlıq reallığa çevrildi. Məktubun 9 oktyabrda yazılması Trampın vermək istədiyi bir mesaj idi: “Baxın mən Ərdoğana dəstək olmuram və Suriyaya müdaxilə etməsinə razılıq vermirəm”. Görək bu tarixi görüşdən sonra nələr olacaq?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar