Çərşənbə, 11 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Araz Abdullayevi Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfərə gedən heyətə daxil etməyib...

27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib.

Azərbaycan millisinin üzvü barədə yekun qərarın necə olacağı hələlik bilinmir.

Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Qurban Qurbanov


loading...

Ən çox oxunanalar