Oktyabrın 19-da Almaniya Kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub
RİA Novosti bildirir ki, bununla bağlı Almaniya hökuməti press-reliz yayıb.
Press-relizdə deyilir ki, telefon danışığının mərkəzində tez bir zamanda "normand" formatında sammitin keçirilməsinə hazırlıq məsələsi olub.
Liderlər həmçinin Suriya və Liviyadakı vəziyyəti, o cümlədən Ukrayna vasitəsilə qazın tranzitinin davam etdirilməsi haqqında davam edən danışıqları müzakirə ediblər.
pia.az