Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdoçumuz Hərbçilərin Dünya Oyunlarının yarımfinalında

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarının cüdo yarışları davam edir

PİA.az xəbər verir ki, oktyabrın 20-də 90 kiloqramadək kişilərin yarışında mübarizə aparan hərbçi idmançımız Məmmədəli Mehdiyev ilk turda Bruney idmançısı Cəmşid Qələndərovu məğlub edib. Növbəti mərhələdə ispaniyalı Kulebras Tallon Serxioya, 1/4 final mərhələsində isə polşalı Kuzera Pyotra ipponla qalib gələrək yarımfinalda yarışmaq hüququ qazanıb.

Cüdo yarışlarındakı digər təmsilçilərimizdən Hidayət Heydərov (-81kq) 1/32 final mərhələsində rusiyalı Alan Xubestova qalib gəlsə də, 1/16 final mərhələsində Cənubi Koreya idmançısı Li Sunq Hoya məğlub olub. Hidayət Heydərov təsəlliverici yarışların ilk turunda serbiyalı Milos Simonoviçə, ikinci turda isə polşalı Damyan Şvarnoveykiyə ipponla qalib gəlib. Hidayət 3-cü yer uğrunda təsəlliverici görüşlərini davam etdirir.

Digər təmsilçimiz Elmar Qasımov (-100kq) ilk görüşündə Çili idmançısı Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransız Olivar Sedrikə məğlub olaraq, təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.

Hərbçilərin 7-ci Dünya Oyunlarının boks yarışındakı təmsilçimiz Sərxan Əliyev (60-64 kq) ilk görüşündə Şri-Lanka idmançısı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. Sərxan Əliyev növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək. (Teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar