Cümə axşamı, 14 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Neftçi" "Qarabağ"la xal fərqini azaldıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib...

"Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin heyətində Dario Frederiko 27-ci dəqiqədə hesabı açıb.

İlk hissə bu hesabla bitib. İkinci yarının əvvəlində flaqmanın hücumçusu Baqali Dabo fərqi artırıb.

Fransalı oyunçu 46-cı dəqiqədə fərqlənib. 77-ci dəqiqədə isə Stiven Monroz 3-cü qolu rəqib qapısından keçirib. Matç "Zirə"nin yeni baş məşqçisi Zaur Həşimovun bu postda ilk rəsmi oyunu olub.

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib və lider "Qarabağ"la xal fərqini azaldıb. "Zirə" isə 8 xalla beşinci yerdə qalıb.

Qeyd edək ki, VIII tura bu gün keçiriləcək "Səbail" - Sumqayıt" matçı ilə yekun vurulacaq. Bu turda "Qarabağ" səfərdə "Qəbələ" ilə, "Sabah" isə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar