Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mitinq günü Gültəkin Hacıbəylinin xarici diplomatlarla danışığının səs yazısı yayılıb

G.Hacıbəyli aksiyada 500 nəfərin saxlanıldığını bildirir, Əli Kərimli ilə bağlı narahat olduğunu qeyd edir...

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin oktyabrın 19-da, rəhbərliyində təmsil olunduğu qurum razılaşdırılmamış aksiya keçirdiyi zaman ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə danışığının audio yazısı yayılıb.

APA-nın məlumatına görə, səs yazısını Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mirşahin vaxtı" proqramında yayıb.

G. Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir. ABŞ diplomatı isə xanım Hacıbəyliyə internet bərpa olunan kimi geniş məlumat yazmağı tapşırır və şəhərdə prosesi izlədiyini bildirir.

Proqramda, həmçinin, G.Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə görüşündən də danışılıb. Səsləndirilən audioyazıda G.Hacıbəylinin razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında söhbət etdiyi, ondan mitinqə kömək etməyi xahiş etdiyi aydın olur.

Digər səs yazısının məzmunu isə zəngin aksiya cəhdi zamanı edildiyini deməyə əsas verir. G.Hacıbəyli aksiyada 500 nəfərin saxlanıldığını bildirir, Əli Kərimli ilə bağlı narahat olduğunu qeyd edir.

Qeyd edək ki, G.Hacıbəyli "facebook" sosial şəbəkəsindəki səhifəsində bu danışığın olduğunu təsdiqləyib, səs yazısının yayılmasına görə istifadəçisi olduğu mobil operatoru ittiham edib. ABŞAvropa İttifaqının Azərbaycandakı diplomatik missiyası isə hələlik məsələyə münasibət bildirməyib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar