Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Orta Şərqdə “ikinci İsrail” planını zibilliyə atdı

Türkiyə artıq öz mövqeyini diktə edən ölkəyə çevrilir...

Bülənt Ərandaç

“Takvim”, Türkiyə, 20 oktyabr

Belə bir deyim var: “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə”.

Prezident Ərdoğan ABŞ-İsrail dəhlizinin bir ayağını Afrində qoparmışdı, ikinci ayağını da Təl Abyad və Rəsulaynda qopardı.

“Dərin ABŞ-Avropa”nın kuklası olan PKK-YPG terror dövləti xülyası və İsrailin Orta Şərqdəki “İkinci İsrail” layihəsi zibilliyə atılmışdır. İsrail lobbiləri “dərin ABŞ-Avropa”nın davamlı olaraq öz alətlərini itirməsindən qaynaqlanan aqressivliklə müsəlman dünyasının gur səsi, lideri olan Tayyib Ərdoğana hücum edirdilər. Rəzil oldular.

Dünən Adnan Menderesi asan xaçlı-sionist zehniyyəti, bu gün Prezident Ərdoğana kəmənd atmaq üçün çox çalışırdı. Müsəlmanların qanını əmmək üçün layihələr ssenariləşdirirdi. Prezident Ərdoğan da hər cür təzyiq, hiylə və intriqaya, Qərbin gözünün içinə baxan CHP-yə və ona birləşənlərə rəğmən, S-400 alır, Şərqi Aralıq dənizini dələn “Fatih”lə həmlələr edirdi.

Sonunda Ərdoğan ABŞ və İsrailin Şimali Suriyada yaratmaq istədiyi dəhlizi parçaladı.

Ərdoğan ötən həftə BMT-də müsəlmanların gur səsi olaraq, öz mövqeyini açıqca ortaya qoymuşdu. O gün əzilən müsəlman dünyasının sevinc göz yaşları axmışdı. Srağagün yevangelist xristian vitse-prezidentin acizliyini gördünüz. Ərdoğanın türk dövlət ağlının “Zəfər inananların olacaqdır!” fəlsəfəsini necə həyata keçirdiyinə şahid oldunuz.

Prezident Aparatının ictimai əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun çoxyönlü qələbənin önəmini “Türkiyə, Prezidentimizin güclü liderliyi və Türkiyə Silahlı Qüvvələrinin meydandakı uğuru sayəsində əməliyyatın təməl hədəflərinə sürətli bir formada çatma, yəni terrorçuları sərhədlərimizdən uzaqlaşdırma və təhlükəsiz bölgə yaratma yönündə önəmli bir addım atdı. Bu razılaşma bir daha göstərdi ki, hər cür terrora qarşı ortaq fəaliyyət göstərilməli və əsla bir terror təşkilatı ilə müqayisədə digərinə üstünlük verilməməlidir” sözlərilə aydın şəkildə ortaya qoydu.

Qarımış Avropa illərdir nə deyərdi? Deyərdi ki, “Türklər savaşda qazanar, masada uduzar”. Artıq elə şey yoxdur. Prezident Ərdoğan, Türkiyə bundan sonra həm meydanda, həm də masada qazanmağı beyinlərə həkk etmişdir.

Oyunları pozuruq. Zavallı zehniyyətləri yıxırıq. Sanksiya təhdidi, yevangelist-yəhudi ortaqlığının rəzil qərarları qarşısında geri addım atmayan bir liderliklə yürüyən Türkiyə, qarşıdakı onilliklərin də oyunlarına neştər atdığını göstərmişdir.

Bəli, böyük millət, böyük Türkiyə, böyük lider və böyük işlər görmə dövründəyik. Bu gün NATO zəncirlərini qıran, müstəqillik bayrağını dalğalandıran, vektor qoyan ölkə mövqeyindəyik.

Qələbə inanaların olacaqdır!(Tərcümə Strateq.az)

pia.az


Etiket: Ərdoğan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar