Cümə axşamı, 14 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Vaqif Mustafayevin Bakıya dair təşəbbüsü Moskvada dəstəkləndi

Tanınmış Azərbaycan rejissoru, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti Vaqif Mustafayevin hələ iki il əvvəl Bakı şəhərinə “Qəhrəman şəhər” adının verilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs postsovet məkanında yeni hərəkatın yaranmasına təkan verib...

Bu barədə Moskvada keçirilən mətbuat konfransında Avrasiya Xalqları Assambleyasının Ali Şurasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin məlumat verib:

Bakıda keçirilən Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində baş tutan “Böyük Vətən Müharibəsi və İkinci Dünya Müharibəsi ilə bağlı tarixi yaddaşın qorunması” beynəlxaql ictimai forumunda Vaqif Mustafayevin Bakı şəhərinə “Qəhrəman şəhər” adının verilməsi ilə bağlı iki il əvvəl Moskvada irəli sürdüyü təşəbbüs ictimai müzakirəyə çıxarıldı və iştirakçılar tərəfindən yekdilliklə dəstəkləndi. Məhz bu təklifin nəticəsində forumda “Birlikdə qalib gəldik” Beynəlxalq İctimai Komitəsinin yaradılmasına dair plan ortaya çıxdı”, – Valeri Ruzin belə deyib.

Sentyabrın sonu oktyabrın əvvəllərində Bakıda keçirilmiş Avrasiya Xalqları Assambleyası günlərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiya Cəmiyyətinin Tədqiqatçıları Assosiasiyasının prezidenti Gennadi Bordyuqov da bildirib ki, “Birlikdə qalib gəldik” təşəbbüsünün iştirakçıları postsovet məkanı və xarici ölkələrdə Qələbəyə töhfə vermiş Bakı şəhərinin “Qəhrəman şəhər” adlandırılması üçün tarixi baza hazırlamaq və bununla bağlı təşəbbüs irəli sürmək niyyətindədirlər.(Modern.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar