Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Rusiyanın kürdlərlə anlaşıb Türkiyəni satmaq ehtimalı varmı?..

Ərdoğanla Putin görüşü - Türkiyə başlatdığı əməliyyatın hədəflərinə çata biləcək?..

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru: “Türkiyə üçün kürdlərlə dialoqa girmək ABŞ, Rusiya və digər dövlətlərlə dialoqdan daha faydalıdır”.

Avropa, ABŞ fikirləşir ki, bu dövlət Türkiyənin ümumi nəzarəti altında olsun. Amma nədənsə, Ərdoğan bu plana razılıq vermir. Amma mən bu planı daha üstün bilirəm”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu bu gün Ərdoğanla Putin arasında Soçidə keçiriləcək görüşü PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Ərdoğanla Putin arasında Soçidə görüç keçiriləcək. Belə ki, Türkiyənin Suriyanın şimalında başlatdığı “Barış Pınarı” əməliyyatına verilmiş fasilənin qurtarmasına saatlar qalmış Rusiyanın Soşi şəhərində Rusiya və Türkiyə prezidentləri arasında vacib görüş keçiriləcək.

Görüşdən əvvəl Ərdoğan bu sözləri deyib: “Bu səfərdə cənab Putin ilə prosesi müzakirə edəcək, ondan sonra da atılması lazım olan addımları inşallah atmış olacağıq”.

Ərdoğan görüşün əsas müzakirə mövzusunun YPG-nin Suriya rejiminə təhvil verdiyi ərazilər olacağını deyib.

Qeyd edək ki, ABŞ hərbçilərinin regiondan çıxması ilə “Barış Pınarı” əməliyyatı bölgəsi xaricində qalan ərazilərin çox hissəsi rejim qüvvələrinin nəzarətinə keçib. Rusiyanın dəstək verdiyi rejim qüvvələri Fəratın şərqində Mənbicdə, şərqində isə Kobani, Ayn İsa, Tel Tamer, Hasəkə və Qamışlıda bayraq qaldırdı. Sərhədləri boyunca 32 km-lik təhlükəsizlik zonası formalaşdırmaq istəyən Ankara bunun üçün Rusiyanı inandırmaq məcburiyyətindədir. Həlledici görüşdən əvvəl həm Ankara, həm də Moskva açıqlamalar verib:

“Soçidə keçiriləcək danışıqlarda Suriya başda olmaq regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparılması nəzərdə tutulur” – Türkiyə Prezident Aparatının açıqlamasında deyilir.

Rusiya prezidentinin müşaviri Yuri Uşakov isə Ərdoğan-Putin görüşünün əsas müzakirə mövzusunun “Barış Pınarı” əməliyyatının olacağını deyib. O, uzun müddətli stabilliyin mümkün olmasını Suriyanın ərazi bütövlüyünün təminindən keçdiyini deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə “Ankara ilə Dəməşq arasında dialoqun 1998-ci ildə imzaladıqları Adana razılaşmasına əsaslandırılmasının vacibliyi açıqdır” deyib.

Bu görüşün Suriya və Yaxın Şərq üçün hansı siyasi və geosiyasi əhəmiyyəti var? Türkiyə ABŞ-la Rusiya arasında uğurlu manevrlər edə biləcəkmi və Ərdoğanın başlatdığı əməliyyatın hədəflərinə çata biləcək uğuru qazanmaq ehtimalı nə qədərdir? Xüsusən Rusiyanın kürdlərlə anlaşıb Türkiyəni satmaq ehtimalını necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Əgər Rusiya bilsə ki, kürdlər ABŞ-dan imtina edib Rusiyanı seçirlər, bu halda Rusiya hətta Türkiyə ilə açıq müharibəyə gedər”.

İndi Türkiyənin ABŞRusiya arasında uğurlu manevr etmək imkanlarının çox məhdud olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında bunun səbəbini İranla bağlayıb. Bildirib ki, İran artıq əvvəlki İran deyil. İranın özünün regiona çox ciddi geosiyasi maraqları yaranıb:

“Hesab edirəm ki, indiki şəraitdə Türkiyə üçün ən yaxşı variant kürd məsələsinin həll tapmasıdır. Yəni indiki Türkiyə üçün kürdlərlə dialoqa girmək ABŞ, Rusiya və digər dövlətlərlə dialoqdan daha faydalıdır.

Təbii ki, bu məsələdə Rusiyanın özünün marağı var. Rusiya özünün Yaxın Şərq, o cümləsədn Suriyadakı marağına çox ciddi surətdə əməl edir. Hesab edin ki, tutaq ki, Türkiyə Rusiyaya icazə verir ki, öz təhlükəsizliyi ilə bağlı anti-terror əməliyyatı keçirdə bilərsən. Amma həmin əməliyyatın hüdudlarını Rusiyanın özü müəyyən edir. Bəzən də görürsən ki, Türkiyənin heç gözləmədiyi yerdə qarşısına Suriya ordusu adı ilə Rusiya ordusu çıxır. Buna görə də bu günkü Ərdoğanla Putinin görüşündə indiki vəziyyətin bir az uzanmasını görürəm. Yəni indiki status-kvo bir müddət davam edə bilər. Bu status-kvo da strateji baxımdan Türkiyənin xeyrinə deyil.

Kürdlər 15-20 milyonluq cəmiyyətdir. AvropaABŞ fikirləşirlər ki, bunlar üçün kiçik də olsa, bir dövlət lazımdır. Hətta Avropa, ABŞ fikirləşir ki, bu dövlət Türkiyənin ümumi nəzarəti altında olsun. Amma nədənsə, Ərdoğan bu plana razılıq vermir. Amma mən bu planı daha üstün bilirəm.

Mübariz Əhmədoğlu: “Türkiyə ancaq İran sakitləşəndən və yaxud da İran sakitləşdirildikdən sonra ABŞ-la Rusiya arasındakı manevrlərə gedə bilər”.

İndi Türkiyənin ABŞRusiya arasında uğurlu manevr etmək imkanları çox məhduddur. Çünki İran artıq əvvəlki İran deyil. İranın özünün regiona çox ciddi geosiyasi maraqları yaranıb. Amma bu maraqlardan əlavə də İranda çox böyük iştah var. İran istəyir ki, hər şeyi birdən-birə əldə etsin. Türkiyənin ABŞ-la Rusiya arasında manevrə başı qarışan vaxtda Türkiyə İran tərəfdən gözlənilməz surprizlərlə rastlaşa bilər. Bildiyimiz kimi Ərdoğan Suriyada əməliyyatlara başladığı günün səhəri İran Türkiyə sərhəddində hərbi əməliyyatlar keçirdi. 2 gün əvvəl də İran hərbiçiləri bir türk sərhədçisini öldürdü.

İran elə hesab edir ki, hal-hazırda dünyada baş verənlər onun xeyrinədir və onlar hər şeyi əldə etməlidirlər. Bu da Türkiyə üçün çox qorxuludur. Türkiyə ancaq İran sakitləşəndən və yaxud da İranı sakitləşdirildikdən sonra ABŞ-la Rusiya arasındakı manevrlərə gedə bilər.

Rusiyanın kürdlərlə anlaşmasının maneəsi Türkiyə deyil. Rusiyanın kürdlərlə daimi əlaqəsi var. Əgər Rusiya bilsə ki, kürdlər ABŞ-dan imtina edib Rusiyanı seçirlər, bu halda Rusiya hətta Türkiyə ilə açıq müharibəyə gedər. Buna görə də kürd-Rusiya duelində əsas məsələ Türkiyə deyil, ABŞ-dır.

Bir daha qeyd edim ki, kürdlər ABŞ-dan əl çəkib Rusiyanı seçsələr Rusiya onlardan ötrü hər şeyi edə bilər. Çünki kürdlərə sahiblənmək istənilən dövlətə bütün Yaxın Şərq regionun yeni axritekturasını reallaşdırmağa imkan verəcək”.

Nərminə UMUDLU
pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar