Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib

Naxçıvan Muxtar Respublikasında növbəti dəfə beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib...

Müdafiə Nazirliyindən verilən məlumata görə, Norveç Krallığının rəhbərlik etdiyi və tərkibində Danimarka, Lüksemburq, Niderland, İspaniya və ABŞ-dan nümayəndələrin də yer aldığı 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirməsi aparılıb.

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, artilleriya və minaatan qurğularının sayı yoxlanılıb, Təlim-Tədris Mərkəzinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.

Yoxlamanın sonunda beynəlxalq inspeksiya qrupuna və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib. Səfər çərçivəsində qonaqlar muxtar respublikanın gəzməli-görməli yerlərində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar