Cümə axşamı, 14 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Mövlud Çavuşoğlu Azərbaycana gələcək

Çavuşoğlu 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda olacaq...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə qatılacaq.

APA-nın yerli bürosuna Türkiyə Xarici İişlər Nazirliyindən verilən məlumata görə, Türkiyə 2006-cı ildən bəri qonaq ölkə olaraq Qoşulmama Hərəkatının yüksək səviyyəli iclaslarında iştirak edir.

Məlumatda bildirilib ki, Mövlud Çavuşoğlu Zirvə görüşünün Nazirlər Komitəsinin iclasında Fələstinlə bağlı toplantıda iştirak edəcək, bundan başqa, həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, 1956-cı ildən təşkilat olaraq yaradılan, 1961-ci ildən hərəkata çevrilən Qoşulmama hərəkatı Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur.

Azərbaycan 2011-ci ildən bu hərəkata qoşulub və 2019-2022-ci ilədək Qoşulmama Hərəkatına ev sahibliyi edəcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar