Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elm sahəsində də “yaş islahatı” gözlənilirmi?- yaşlı elm adamları...

Ekspert siyahını açıqladı...

Ölkə başçısının vəzifədən azad etdiyi baş nazirin müavinlərilə görüşləri zamanı hakim komandanın pensiya yaşına çatmış üzvlərinə etdiyi çağırış və yeni, gənc nəslə yol açılmasına dair səsləndirdiyi fikirlər cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib.

Gəncləşməyə, müasir yanaşmaya tələbat isə təkcə siyasi hakimiyyətdə deyil, cəmiyyətin, idarəetmənin digər sahələrində də ehtiyac duyulur. Və bunların sırasında elm sahəsinin xüsusi rolu var. Tanınmış təhsil eksperti Etibar Əliyev öz sosial şəbəkə səhifəsində bu məsələ ilə bağlı maraqlı fikir paylaşıb.

PİA.az həmin yazını təqdim edir: “Elmdəki qocalmadan başqa bütün sahələrdən danışırıq. AMEA prezidenti Akif Əlizadənin 85, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyevin 80, Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyevin 72, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun 73, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun 73 yaşı var.

71 yaşının 23 ilini Tibb Universitetinə həsr etmiş Əhliman Əmiraslanov isə görün nə deyib: “Bu gün dünyada orta yaş həddi 70 və ondan yuxarı hesab olunur. Lakin bir sıra ölkələr var ki, orada orta ömür 84 yaş həddindədir, yaxın onilliklərdə həmin rəqəmin 90-a çatacağı güman edilir. Herontoloqlar dünyaya gələn hər üç uşaqdan birinin 100 il yaşamaq ehtimalı olduğunu söyləyirlər.”

Bir sözlə, vəziyyət sabit ağır olaraq qalır!

P.S. Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun da 80 yaşı var…”

pia.az


Etiket: yaş islahatı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar