Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Yaxın Şərqdə Türkiyənin güclənməsini istəyərmi?

Amerika Birləşmiş Ştatları Suriyadan getdiyini deyir. Lakin məsələyə dərindən baxdıqda neft çıxan rayonlardan çəkilmək fikri yoxdur...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 22 oktyabr 2019-cu il

Mosul-Kərkük və Aralıq dənizinə qədər uzanan xətt hər kəsə məlumdur. ABŞ İraqa təsadüfən girməmişdi ki, bu gün də çıxmağa qərar versin. Çıxmayacaq, çünki neftin son vəziyyətinə nəzarət etmək məcburiyyətindədir.

Türkiyə də regional qüvvə kimi xüsusilə Yaxın Şərq və Aralıq dənizin olduqca təsirlidir. Son hərəkat da bunu göstərdi. Əlbəttə ki, bu böyük bir hərbi güclə olmaqla yanaşı, həm də bəzi risklər yaradır. ABŞ-la Türkiyənin açıq şəkildə toqquşması nəticəsində bölgədə yeni bir Vaşinqton planı aktivləşib. Bu planın əsas hədəfi Türkiyənin istiqamətini öz daxilinə çevirmək və təbii olaraq Ankaranın zərər çəkməsini təmin etmək. Əgər ABŞ Suriyadan çəkilsə və İraqda gözləməyə başlasa, Rusiyanın Türkiyəyə təsir etməsinə şərait yaradacaq. Bu gün Rusiya hər nə qədər Türkiyə ilə yaxın münasibətlər yaratmış kimi görünsə də, vəziyyət fərqlidir. ABŞ bölgədən çəkildiyini hiss etdirən kimi Rusiya YPG-nin yeni rəhbəri olacaq.

Bu yöndə bir çox işarələr var. Bu vəziyyətdə Putin də güclənən Türkiyə istəməz. 2012-ci ildən etibarən Türkiyə ilə RusiyaSuriya məsələsində həll yolu tapa bilmədi. Ərdoğanla Putin telefon diplomatiyası ilə 100 dəfədən çox danışıq aparıb. Amma ilk görüşlərdən bu yana, bəlkə də, 20% nəticə əldə olunub. Razılaşmalar barədə isə ABŞ hər zaman məlumatlı olub. Çünki Rusiya heç vaxt ABŞ-la üz-üzə gəlmirdi. Bundan xüsusilə qaçırdı.

Türkiyə, əlbəttə ki, Rusiya ilə yaxın münasibətlər qurmaq istəyir. Lakin çox müzakirə olunmasa da, YPG-nin daxilində ABŞ-ın gücü qədər, Fransanın da rolu var. Təbii ki, Fransanın təsiri var, amma Rusiyanın gücü daha çoxdur. Bu gün də Rusiyanın təxminən 20 generalı YPG ilə yaxın əlaqədədir. YPG-nin öndə gedən şəxslərinin Rusiyaya etdikləri səfərlərə baxdıqda vəziyyət aydın olur.

YPG-nin Moskva ilə olan əlaqəsi Ankaradan daha dərindədir. ABŞ-ın verdiyi silahlarla yanaşı, Rusiyadan alınan silahlar da var. Ümumiyyətlə, beynəlxalq münasibətlərdə maraqlar var, dostluğa ehtiyac yoxdur. Türkiyə haqlı olaraq YPG ilə birlikdə hərəkət etməyəcək. Lakin Pens ve Pompeo öz maraqları üçün gəlmiş olsalar da, YPG üçün razılaşma zəmini axtarırlar. Vaşinqton müəyyən mənada YPG-nin vəkili kimi gəlib. Pentaqonun daxilindəki bir qrup Türkiyəni bölgədə Rusiya ilə tək buraxmağı düşünür. ABŞ-ın İrana qarşı etdiyi hərəkata Türkiyə həmişə qarşı çıxıb. Sülh Çeşməsinə də İrandan eyni şəkildə dəstək gəlib. Lakin eyni tərzdə bir görüş keçirilibmi? Görünür, yox. İddialara görə, PKK üçün özəl silah dəstəyi belə hazırlanıbmış. ABŞ-ın olmadığını bir düşünək. Ermənistan, İraq, İran, RusiyaSuriya - “dostluq bucağı” yarana bilərmi?

ABŞ indi mərkəzi Suriya olan yeni bir plan üçün müzakirə hazırlayıb. Pentaqon da qüvvədədir. Əlbəttə ki, bu qərar Türkiyəyə də təsir edəcək. ABŞ dünyadakı neft bazarını da heç kimin əlinə buraxmaz. Belə bir niyyəti də yoxdur. ABŞ Avropa Birliyinin və Çinin neftlə əlaqəsini məhdudlaşdırmaq üçün mübarizə aparır. YPG də, İŞİD də ABŞ-ın qlobal maraqlarını istənilən bölgədə qorumaq üçün meydana çıxarılmış təşkilatlardır. İŞİD torpaq aldı və onu YPG-yə verdi. İndi isə mərkəzində Əsəd olan yeni oyun var. Əsədə öz ölkəsində rahatlıq verməyənlər onunla birgə hərəkət etmək istəyir. Sanki, Suriyanı suriyalılar idarə edir.

“Sülh Çeşməsi”ndə Türkiyənin gücü hər kəsə məlum oldu. İndi də həmişə olduğu kimi bunun axırına çıxmaq istəyəcəklər. Türkiyə onların verdiyi rola girmədiyi üçün həmişə ayıq olmalıdır. Yaxın Şərqdə güclü olan yola davam edər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar