Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədyarov: "Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin etimadını qazanıb"

"Qoşulmama Hərəkatı praktiki əməkdaşlıq üçün ikinci ən böyük siyasi platformadır"...

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən iclasının açılış mərasimində deyib.

Sədrliyi dövründə təşkilatın inkişafına verdiyi töhfəyə görə Venesuela hökumətinə təşəkkür edən və eyni zamanda, bundan sonra təşkilata Azərbaycanın sədrlik edəcəyini xatırladan nazir bildirib ki, Azərbaycan bu ana qədər təşkilata qoşulmuş son ölkədir: "8 il ərzində Azərbaycan təşkilat ölkələrinin etimadını qazanıb və indi ona sədrlik edəcək. Azərbaycan müstəqil siyasət yürüdür və hərbi təşkilatlara daxil olmayıb, demokratiya və insan hüquqlarını müdafiə edir".

O, həmçinin qeyd edib ki, təşkilatın fəaliyyəti çərçivəsində gənclər siyasəti də vacibdir: "Sammitimizin gündəliyində gənclər siyasəti məsələləri yer alır. Bu sammitlə paralel olaraq Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi faktı da vacib məqamdır".

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar