Şənbə, 14 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İqtisadiyyat Nazirliyinin yeni strukturu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni strukturunu təsdiqləyib...

Dövlət başçısının oktyabrın 23-də imzaladığı Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu bu şəkildə müəyyənləşib:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri.

6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 23-də İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Fərman imzalayıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. (APA-Economics)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar