Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Suriya arasında “Adana sazişi”nin yenilənməsi

“Soçi müqaviləsi” daxil olmaqla, bir çox önəmli qərarlara imza atdıq”, - deyə Ərdoğan vurğulayıb...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında okrtyabrın 22-də Soçidə keçirilən 6 saatlıq görüşün sonunda prezidentlər 10 maddəlik “Soçi müqaviləsi” imzaladılar. Görüşdən sonra keçirilən mətbuat konfransında Ərdoğan məlumat verib ki, Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimalında birgə patrul xidməti həyata keçirəcəklər. Ərdoğan deyib ki, oktyabrın 23-dən başlayaraq 150 saat ərzində kürd birləşmələri 30 kilometrlik ərazini tərk edəcək, bundan sonra Türkiyə və Rusiya hərbçiləri həmin ərazilərdə patrul xidmətinə başlayacaq. Birgə patrul xidməti Türkiyə sərhədindən Suriya ərazisinin 10 kilometr dərinliyinədək olan hissəsini əhatə edəcək. Bundan başqa, terrorçular Tel Rifat və Mənbiç şəhərlərini də tərk edəcək və Türkiyə sərhədindən 30 kilometr kənara çəkiləcəklər.

"Danışıqlarımızın ana xətti Suriya məsələsi idi. Bununla yanaşı, ikili münasibətlərimiz də gündəmə gəldi. Cənab Putinlə Suriyada barış, hüzur və istiqrarın olması üçün, istər ikili olaraq, istərsə də Astana çərçivəsində çox ciddi işlər gördük. “Soçi müqaviləsi” daxil olmaqla, bir çox önəmli qərarlara imza atdıq”, - deyə Ərdoğan vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, Ərdoğan Türkiyənin həyata keçirdi "Barış bulağı" əməliyyatı barədə görüşdə məlumat verib. "Biz Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçün atdığı addımları anlayışla qarşılayırıq. Türkiyənin narahatlığını bölüşürük. Suriyada daimi sülh və sabitliyin təmin olunması ancaq bu ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə mümkündür. Regionda sülhü və sabitliyi Türkiyə ilə Suriya birlikdə təmin edəcək", - deyə Rusiya lideri vurğulayıb.

Müşahidəçiləri daha çox belə bir sual düşündürür - 6 saatlıq görüşdən və imzalanan müqavilədən tərəflər nə əldə etdi?

Türkiyə “Soçi müqaviləsi” ilə bır sıra uğurlar qazana bildi. Ankara Qamışlı istisna olmaqla (Qamışlıya nəzarət Bəşər Əsədin tərəfdarlarında qalır) bütün sərhəd boyunca, 30 km dərinlikdən YPG-nin çıxarılmasını təmin edə və sərhədlərinə yaxın ərazilərdə terror təhlükəsinin qarşısını ala bildi. Digər tərəfdən, Ankara bundan sonra Suriya ilə bağlı ABŞ-la danışıqlar aparmaq məsuliyyəti daşımadığını nümayiş etdirdi.

Rusiyanın maraqları baxımından da anlaşmanı uğurlu hesab etmək olar. Putin bu müqavilə ilə ABŞ-ı oyundan kənarda qoydu. İran zatən təsir imkanlarından məhrum edilmişdi. Suriya probleminin həlli məsələsində Kreml əsas oyunçu kimi önə çıxdı. Əsədin isə faktiki olara Ərdoğanla razılığa gəlmək və Rusiyanın dediyini etməkdən başqa seçimi qalmır.

Birləşmiş Ştatlar üçün bu anlaşma uğur vəd etmir. Belə ki, imzalanmış müqaviləyə görə, Suriyanın şimalına nəzarət ABŞ-dan çıxır, Rusiyaya keçir. Türkiyənin Suriyadakı fəaliyyəti tam Rusiyaya bağlı olur, Ankara addımlarını Moskva ilə koordinasiyalı şəkildə həyata keçirməlidir.

Münaqişə tərəflərindən biri olan YPG-PKK cəbhəsində vəziyyət necədir? Anlaşmaya əsasən, Türkiyənin kürd qruplaşmalarına təsiri azalır, problemin həlli Bəşər ƏsədRusiyanın nəzarətinə keçir. YPG Türkiyə ilə sərhədlərdən geri çəkilmək məcburiyyətində qalır.

Problemlə bağlı vəziyyəti təhlil edərkən yalnız “Soçi anlaşması” ilə məhdudlaşmaq düzgün olmazdı. Burada bəzi keçmiş müqavilə və sənədləri də xatırlatmaq lazım gəlir. Məsələn, 1998-ci ildə Suriya və Türkiyə arasında bağlanan “Adana sazişi” faktiki olaraq, yenidən hüquqi qüvvəyə minir. 23 maddəlik müqaviləyə əsasən, hər iki dövlət başda PKK olmaqla onları təhdid edən terror qruplarına qarşı birgə tədbirlər görmək və terrorçuların Türkiyə və Suriyada fəaliyyətinin qarşısını tam almaqla bağlı razılıq əldə etmişdi. İki ölkə terror təhlükəsi ilə bağlı kəşfiyyat məlumatlarını qarşılıqlı paylaşaraq, bu sahədə əməkdaşlığa dair razılığa gəlmişdi. “Soçi anlaşması” “Adana sazişi”ni faktiki olaraq yeniləmiş oldu.

Beləliklə, Rusiya Türkiyənin Suriyadakı təhlükəsizlik maraqlarını nəzərə aldı. Başlıca sual bundan sonra proseslər necə cərəyan edəcəkdir. Ehtimal etmək olar ki, Türkiyə Bəşər Əsədlə danışıqlar masasına oturacaq. Vaxtilə Ankara Suriya prezidenti Hafiz Əsədlə də danışıqlar aparıb. Ehtimal edə bilərik ki, Putin Ərdoğanı Dəməşqlə birbaşa təmaslara başlamağa da razı salıb.

Lakin burada Ankara üçün qaranlıq olan bəzi məqamlar da mövcuddur. Məsələn, İdlibin taleyinin aralıq müddətə həll olunmuş hesab etmək olar. Türkiyə İdlibdəki terror qruplarının təmizlənməsinə görə də məsuliyyət daşıyacaq. Çünki adıçəkilən müqavilə təkcə PKK-nı ehtiva etmir. Bundan əlavə, Türkiyənin İdlibə hər hansı hərbi, loqistik dəstək verməsi məhdudlaşır. Əks halda, müqavilənin şərtlərinə görə, Ankara məsuliyyət daşıya bilər.

Sazişin 7-ci maddəsinə əsasən, hər iki tərəf terroristlərin öz ərazilərinə keçməsinin qarşısını almaq üçün gərəkli tədbirləri görəcək. Rusiya özü üçün taleyüklü məsələnin həllini Türkiyə ilə paylaşır. Ankara və Moskva bu məsələdə də addımlarını razılaşdıracaq.

Suriyada döyüşən Rusiya vətəndaşlarını Türkiyəyə buraxmamaq da bura daxildir.

Burada bir məqamı da vurğulayaq. “Qərbi Kürdüstan" layihəsi bir müddət ideya kimi gündəmdə qalsa da, artıq onun dəfn olunduğunu proqnozlaşdırmaq olar. Bəşər Əsədin kürdlərə muxtariyyət verib-verməyəcəyi hələ bəlli deyil, odur ki, kürd qruplaşmalarının uğurundan da danışmaq mümkün deyil.

Müqavilənin şərtlərinə və rəsmi Ankaranın ABŞ əleyhinə bəyanatlarına əsaslanaraq, demək olar ki, Ərdoğan artıq Putini daha yaxın müttəfiq kimi görür, nəinki Trampı və bu, Ankara-Moskva əməkdaşlığının güclənəcəyini ehtimal edir.

Lakin nəzərə alsaq ki, PKK/YPG daha çox ABŞ tərəfindən idarə edilir, Suriyada savaşın tam yekunlaşması barədə danışmaq, ABŞ-ın dinc duracağını söyləmək hələ tezdir.

pia.az

 


Etiket: Ərdoğan Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar