Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Lissabonda “WEB-2019” sammiti keçiriləcək

Noyabrın 4-dən 7-dək Lissabonda keçiriləcək “WEB Summit-2019” ənənəvi olaraq 170 ölkədən 70 min iştirakçını, 11 min aparıcı texnoloji şirkət və startapı, həmçinin 2600 mətbuat nümayəndəsini öz ətrafında toplayacaq...

Azərtac xəbər verir ki, 2010-cu ildə irlandiyalı biznesmenlər Peddi Kosqreyv, Dayre Hikki və Devid Kelli tərəfindən yaradılan “WEB Summit” internet-texnologiyaların, innovasiyaların və sahibkarlığın inkişafı üzrə qlobal səviyyəli tədbirlərdən biri hesab edilir. Dünyada ən böyük IT konfransı olan bu tədbirdə bütün məşhur internet-layihələrin və offlayn-brendlərin – “Booking”, “Pinterest”, “eBay”, “Reddit”, “Facebook”, “Google” və s. təmsilçiləri bir yerə yığışır.

2010-cu ildə İrlandiyada yaradılan IT-sammit Lissabonda 2016-cı ildən keçirilir. Ötən ilin noyabrında sammitin uğurlu təşkili diqqətə alınaraq, Portuqaliya hökuməti, Lissabon Şəhər Şurası və Peddi Kosqreyv arasında “WEB Summit”in 2028-ci ilədək hər il Portuqaliyanın paytaxtında keçirilməsi barədə saziş imzalanıb.

Peddi Kosqreyvin sözlərinə görə, builki IT-konfransda IT-texnologiyalarda qadın sahibkar, həmçinin iqlim dəyişmələri ilə mübarizədə texnologiyaların rolu, tədbir keçirildikdən sonra layihələrə çevriləcək ekoloji əlaqələr şəbəkəsinin yaradılması kimi mövzulara toxunulacaq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar