Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnternet vasitəsilə qul alveri: Küveytdə ev xidmətçilərini necə satırlar

Küveytdə hər on ev təsərrüfatından doqquzunda qulluqçuların xidmətindən istifadə olunur...

Siz bu qadınlara Küveyt küçələrində rast gələ bilməzsiniz. Onlar heç yerdə görünmürlər, heç cınqırları da çıxmır, onların heç bir hüququ yoxdur, onları alıb təkrar satırlar.

Bu qadınları smartfon proqramlarından tapmaq olur: dərilərinin rənginə və qiymətlərinə görə çeşidlənmiş minlərlə qadın – onları bir neçə min dollara satırlar.

Bu məsələni araşıdran BBC Ərəbcə xidməti az ixtisaslaşmış şəxslərin alındığı və satıldığı qara bazarı aşkara çıxarıb. “Google Play” və “Apple App Store” belə proqramların hər kəsə əlçatan olduğu platformalardır. Ev xidmətçilərini həştəqlər vasitəsilə “İnstaqram”da da axtarıb tapmaq mümkündür.

Qul bazarı

Müasir quldarlıq formaları üzrə BMT-nin xüsusi nümayəndəsi Urmila Bhula deyir ki, “Bu, faktiki olaraq onlayn qul bazarıdır. Əgər “Google”, “Apple”, “Facebook” və digərləri həmin proqramları yayrlarsa, hər birini məsuliyyətə dəvət etmək lazımdır”.

Küveytdə hər on ev təsərrüfatından doqquzunda qulluqçuların xidmətindən istifadə olunur. Planetin kasıb bölgələrindən İran körfəzi ölkələrinə axışıb gələn qadınlar vətəndə qalmış ailələrinə yardım etməyə yetəcək qədər pul qazanmağa ümud edirlər.

BBC Ərəbcə xidmətinin əməkdaşları özlərini Küveytə yeni köçmüş cütlük kimi təqdim edərək bu proqramların 57 istifadəçisiylə əlaqə saxlaya biliblər, öz qulluqçularını məşhur ticarət proqramı olan “4Sale” vasitəsilə satmaq istəyən onlarla adamla görüşüblər.

Satıcıların hamısı qulluqçuların pasportlarını götürməyi və onların telefona çıxışını məhdudlaşdırmağı məsləhət görüb.

“4Sale” proqramı insanları dərisinin rənginə və satış qiymətinə görə kateqoriyalara ayırmağa imkan verir.

BBC əməkdaşlarının satıcılardan ən çox eşitdiyi söz “Ən pintiləri hindistanlılardır” fikri olub.

İnsan haqlarının pozulması

Özlərini qulluqçuların “sahibləri” kimi təqdim edən şəxslər həmkarlarımıza qadınları əsas hüquqlarından məhrum etməyi tövsiyə ediblər – məsələn, onlara bir dəqiqə də olsun işsiz qoymamağı.

Proqram istifadəçilərindən olan polis işçisi öz xidmətçisini belə reklam edib: “İnanın, o, çox xoş qadındır. Həmişə gülümsəyir. Hətta siz onu səhər 5-ə qədər işləməyə məcbur etsəniz də, heç bir söz deməyəcək”.

Həmin şəxs BBC əməkdaşlarına xidmətçinin sadəcə əmtəəə olduğunu deyib: “Burda onları 600 dinara (təxminən 2000 dollar) alırlar”.

O, daha bir faydalı məsləhət verib: “Pasportunu ona verməyin. Siz onun sponsorusunuz, niyə verəsiniz ki?”

Bir dəfə BBC-nin əməkdaşlarına 16 yaşlı qız təklif ediblər. Adı şərti olaraq Fatu olsun.

Onu Küveytə Qvineyadan göndəriblər. Yerli qanunlar qulluqçuların 21 yaşdan yuxarı olmasını tələb etsə də, Fatu altı ay bu işdə çalışıb.

Qızın məziyyətlərini sadalayan sahibəsi ona bir gün də olsun istirahət vermədiyini, pasportunu əlindən aldığını və evdən tək çıxmağa icazə qoymadığını deyibb. Bütün bunlar Küveyt qanunvericiliyinə ziddir.

Sponsorun razılığıyla

“Bu, müasir quldarlıqla bağlı dərs vəsaitidir. Uşaq daşınmaz əmlak kimi alınır və satılır” – Urmila Bhula belə deyir.

Körfəz ölkələrinin çoxunda xidmətçiləri ölkəyə xüsusi agentliklər gətirir və dövlət təşkilatında qeydiyyata aldırırlar.

Potensial işəgötürənlər agentliyə faiz ödəyib xidmətçilərin rəsmi sponsorlarına çevrilirlər.

“Kafala” adlanan bu sistemdə xidmətçi sponsorun icazəsi olmadan iş yerini dəyişə bilməz, işdən və ölkədən çıxa bilməz.

Küveytdə xidmətçilərin hüquqlarının müdafiəsiylə bağlı 2015-ci ildə qəbul olunmuş qanunlar paketi region üzrə ən sərt qanunlardır. Ancaq onları bəyənməyənlər az olmayıb.

“4 Sale” tipli proqramlar işəgötürənlərə öz sponsor statuslarını əlverişli şərtlərlə başqasına satmaq imkanı yaradır. Beləliklə də rəsmi agentliklər ümumiyyətlə prosesdən kənarda qalır və qadınların hüquqlarının qorunmadığı qara bazar yaranır.

Belə bazarlar digər körfəz ölkələrində də fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanındakı araşdırma zamanı məlum olub ki, bu ölkədə qadınları başqa bir populyar onlayn platformada – “Haraj”da satırlar. “İnstaqram”da isə “Facebook”a məxsus yüzlərlə proqram aşkar edilib.

“Əsl cəhənnəm”

BBC əməkdaşları Fatunun ailəsiylə əlaqə yaratmaq üçün Qvineyaya gediblər.

Hər il bu ölkədən Küveytə qulluqçu işləmək üçün qeyri-leqal şəkildə yüzlərlə qadın aparılır.

Sahibəsinin tövlədə yatmağa məcbur etdiyi keçmiş qulluqçulardan biri “Küveyt əsl cəhənnəmdir” deyir.

“Küveytdə vəziyyətim çox pisiydi. Nə yatmağa qoyurdular, nə də yemək verirdilər” – başqa bir keçmiş qulluqçu da bunları deyir.

Küveyt rəsmiləri Fatunu tapıb xidmətçilər üçün olan dövlət sığınacağına göndəriblər. İki gün sonra da yetkinlik yaşına çatmamış biri kimi Qvineyaya deportasiya ediblər.

Fatu BBC əməkdaşlarına bunları danışıb: “Onlar üstümə qışqırıdılar, mənə heyvan deyirdilər. Bu sözlər məni ağrıdır, təhqir edirdi, amma əlimdən heç nə gəlmirdi”.

Fatu Konakridəki məktəbinə qayıdıb. Ona baş çəkən BBC jurnalistlərinə gənc qız bunları deyib: “İndi elə yaxşıyam ki! Bu haqda sadəcə düşünmək belə xoşdur. Həyatım normallaşır. Mənə elə gəlir ki, quldarların əlindən qurtulmuşam”.

Ləğv edilmiş “hashtaп“

Küveyt hökuməti bildirir ki, xidmətçilərlə pis münasibət göstərənlərə qarşı müharibə vəziyyətindədir və məlum proqramlar “diqqətlə araşdırılacaq”.

Amma bu günə qədər heç bir addım atılmayıb. Fatunu BBC-nin jurnalistlərinə satmaq istəyən qadına qarşı cinayət işi açılmayıb, o özü isə bizim suallarımızı cavabsız qoyub.

BBC həm sözügedən proqramların müəllifləri, həm də onların yerləşdikləri platformaların sahibləriylə əlaqə saxlayıb. “4Sale” xidmətçilər bölümünü ləğv edib, “Facebook” isə #satışüçünxidmətçi (“خادمات للتنازل#”) hashtag-ını qadağan edib.

Səudiyyə Ərəbistanının ticarət platforması “Haraj” isə BBC-nin suallarına cavab verməyib.

Həm “Google”, həm də “Apple” BBC-yə bildiriblər ki, onların platformalarında belə proqramlara yer ola bilməz və bu sahədə qeyri-leqal aktivliyin qarşısını almaq üçün mütəxəssislərə aktiv iş birliyindədirlər. (konkret.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar