Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan suriyalı qaçqınlara 40 milyard dollar xərcləyib?

Prezident Ərdoğan Türkiyənin suriyalı qaçqınlar üçün 40 milyard dollar xərclədiyini deyib. Həqiqətən də 40 milyard dollar xərclənibmi? Qaçqınlar bu gəlirlə yaşayırlar, yoxsa ağır şərtlərdə işləyərək dolanırlar?..

Mustafa Sönmez
“Al-Monitor” qəzeti, Türkiyə, 2 noyabr 2019-cu il

Oktyabr ayının əvvəlində Türkiyənin Suriya sərhəddini keçərək başlatdığı hərbi hərəkatın əsaslarınlarından biri də Türkiyədə yaşayan 3,7 milyon qaçqının böyük bir qismi üçün təhlükəsiz bölgədə yaşayış sahəsi yaratmaq idi. Prezident Ərdoğan tez-tez deyir ki, Türkiyə qaçqınlar üçün bu günə qədər 40 milyard dollar xərcləyib, lakin Qərb, demək olar, heç bir köməklik göstərməyib. Yəni doğrudan da, 40 milyard dollar xərclənibmi? Qaçqınlar bu gəlirlə yaşayırlar, yoxsa ağır şərtlərdə işləyərək dolanırlarlar?

İddia edilən 40 milyard dollar qeydiyyatda tam görünmür. Sadəcə rəsmi olaraq qeydə alınmış bəzi xərclər var, ümumilikdə 40 milyard dollardan çox-çox aşağıdır. Bu qeyri-müəyyənlik Maliyyə Nazirliyinin qeydiyyatında da göstərilir.

Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi nəticəsində əhalinin ¼-i, yəni 5 milyon suriyalı xilas yolu kimi qonşu ölkələrə sığınmağı seçdi. Türkiyə Suriya böhranının əvvəlindən müharibə qurbanları üçün “açıq qapı siyasəti” tətbiq edib, Fövqəladə Vəziyyətlər İdarəsi (AFAD) müharibədən qaçan suriyalı qaçqınlara “müvəqqəti qorunma” statusu yaradıb, müxtəlif yardımlarla dəstək verib, və beynəlxalq yardımları da koordinasiya edib.

Daxili İşlər Nazirliyinin 2019-un sentyabrında verdiyi açıqlamaya görə, müvəqqəti olaraq qorunan suriyalı sayı 3 milyon 667 mindir. Ölkəsinə geri qayıdan suriyalı sayı isə təxminən 360 mindir.

Ərdoğan suriyalı qaçqınlar məsələsinə ilə bağlı 19 fevral 2019-cu ildə Budapeşt prosesi 6-cı Nazirlər Konfransının açılış mərasimində çıxış edərkən deyib: “Qaçqınlar üçün öz milli büdcəmizdən ödədiyimiz məbləğ BMT kriteriyalarına görə təxminən 37 milyard dolları keçib”. “Sülh Çeşməsi” hərəkatından sonra isə bu miqdarın 40 milyard dollar olduğu qeyd olunur.

Ərdoğan 10 oktyabrda keçirilən bir iclasda, xüsusilə Avropa Birliyini tənqid edib: “Ey Avropa Birliyi, bizim ordumuzu işğalçı adlandırsanız, biz də qapını açıb 3,6 milyon qaçqını sizə göndərərik. Hələ bir bizimlə pul hesabı da edirlər. Siz əvvəl söz verdiyiniz pulu ödədinizmi? Bu günədək 40 milyard dollar xərclədik, yenə xərcləyərik, amma qapıları da aça bilərik”.

Ərdoğanın dediyi 40 milyard dollarlıq xərcin hesabının necə aparıldığı hələlik məlum deyil. Əvvəlcə büdcə və illik proqramlarda bu hesaba uyğun gələn bir göstəriciyə rast gəlinmir. Müxalifət partiyaları isə qeyd edir ki, suriyalı qaçqınlar üçün edilən yardımlar çox şişirdilir və əksinə, özləri suriyalılardan ucuz işçi qüvvəsi kimi istifadə edirlər. Məsələn, 2 il əvvəl xərclərin 30 milyard dollar olduğu deyildikdə əsas müxalif partiya olan CHP lideri Kamal Kılıçdaroğlu belə danışmışdı: “Bu pulun nəyə xərcləndiyini hələ də öyrənməmişik. Baqqal belə dəftər tutarkən gəlirini, çıxarını yazır. Heç kim bilmir, dəqiq bilirəm ki, bunu nə Ərdoğan, nə də İldırım bilir”.

Suriyalılar üçün xərclənən büdcə ilə bağlı bir qeydiyyat problemi olması, eyni zamanda, ictimai quruluşlara nəzarət edən Maliyyə Nazirliyinin hesabatında da öz əksini tapıb. O dönəmdə Nazirliyə bağlı olan AFAD-ın 2016-cı ildəki hesabatlarına nəzarət edən Maliyyə Nazirliyi qeyd edir: “Milli və beynəlxalq humanitar yardımlar çərçivəsində başladılan kampaniyalarla toplanan nəğd pullar qeydə alınmayıb”. Hazırlanan hesabatda qeyd olunur ki, milli və bəynəlxalq humanitar yardımlarla bağlı olaraq ictimaiyyətə lazımi məlumatların verilməsi məqsədilə mühasibat sistemin qurulması təklifi rəhbərliyin nümayəndələri ilə müzakirə edilir.

Suriyalı qaçqınlar üçün xərclənən məbləğ boş danışıqlardan əlavə rəsmi olaraq sənədlərdə göstərilibmi?

Respublikanın 2019-cu il proqramında bu cür məlumatlar da var: “Türkiyənin 2016-cı ildə 5,9 milyard ABŞ dolları olan Rəsmi İnkişaf Yardımı (RKY) çərçivəsində olan humanitar yardımının məbləği 7,3 milyard ABŞ dolları səviyyəsinə çatıb. 2017-ci ildə Türkiyədə suriyalılar üçün ayrılan ümumi humanitar yardımın miqdarı isə 7,2 milyard ABŞ dollarıdır”.

Türk Ortaqlığı və Koordinasiya Agentliyinin (TİKA) Türkiyə İnkişaf Proqramı Yardımları 2017-ci il hesabatındakı göstəricilərə əsasən, 2013-2017 illərdəki RKY miqdarı 21 milyard dollara çatıb.

Bu 5 ildə 21 milyard dollar olduğu deyilən yardımın 80%-i suriyalılar üçün ayrılmış olsa da, təxminən 17 milyard dollar, yəni hər il üçün 3,4 milyard dollar pul xərclənib. 2018-2019-cu illərdə də eyni qədər xərcləndiyini düşünüb ümumi məbləğə əlavə etsək, 2013-2019-cu illərdə xərclənən ümumi məbləğ 24 milyard dollardan bir az daha az olar. Bu təxmini qiymət iddia edilən 40 milyard dollardan düz 16 milyard dollar aşağıdır.

Digər tərəfdən də qaçqın suriyalılar üçün 2016-2017-ci illərdə humanitar yardım, təhsil, səhiyyə və biznes sahələrində Avropa Birliyi 3 milyard avroluq dəstək verəcəyinə söz vermişdi. Bu mənada 3 milyard avro 72 layihə çərçivəsində müəyyənləşdirilib və razılığa əsasən, bunun 1,94 milyardı müəyyən qurumların hesablarına köçürülüb. Sözügedən müqavilənin ikinci mərhələsi üçün nəzərdə tutulan 2018-2019-cu illər üçün 5 layihəlik müqavilə imzalanaraq 450 milyon avro qarantiyaya alınmışdı.

Son göstəricilərə görə, 3,7 milyona yaxın suriyalı qaçqınlardan təkcə 145 mini 25 “sığınacaq mərkəzində” yaşayarkən, təxminən 3,5 milyonu Türkiyənin müxtəlif vilayət mərkəzlərində yaşamağa çalışırlar.

Suriyalılar aldıqları yardımlardan çox, iş quraraq həyata davam edirlər. Bu məsələ ilə bağlı Ticarət naziri Ruhsar Pekcan CHP İstanbul millət vəkili Sezgin Tanrıkulunun suallarına cavab verərkən ortaya önəmli bilgilər çıxıb. Nazir Pekcan qeyd edib ki, 26 fevral 2019-cu il tarixindən etibarən ən azı bir ortağı suriyalı olan şirkətlərin sayı 15 min 159-a çatıb. Nazir Pekcan, həmçinin, qeyd edir ki, sözügedən şirkətlər ən çox İstanbul, Qaziantep, Mersin, Hatay və Bursada, topdan və pərakəndə ticarət sahələrində fəaliyyət göstərirlər.

Pekcanın sözlərinə görə, Ailə, İş və Sosial Xidmətlər Nazirliyinin hesabatına əsasən, Suriya şirkətlərində 10 min 46 suriyalı işçi fəaliyyət göstərir. Pekcan: “Həmçinin, 31 mart 2019-cu il tarixindən etibarən Türkiyədə icazəli olaraq çalışan xarici işçilərin sayı 96 min 972 olub və bunlardan 31 min 185-i suriyalıdır”.

Nazirin qeyd etdiyi təxminən 31 min suriyalı işçi qeyri-rəsmi olaraq işləyənlərin yanında hələ heç nədir. Qeyri-rəsmi olaraq çox kiçik məbləğ qarşılığında işləyərək həyatını qazanmağa çalışan suriyalı işçilərin sayının yüz minlərlə olduğu qeyd edilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar