Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Qalatasaray” və “Fənərbaxça” oyunçularının tarixi anı - Foto

Türkiyə Kişi Voleybol Liqasında iki əzəli rəqib – Fənərbaxça və Qalatasaray arasındakı görüş öncəsi izlənən görüntülər əsl hadisəyə çevrilib...

Liqanın 4-cü həftəsində üz-üzə gələn komandaların hər birinin aktivində bu görüşə qədər 3 qələbə var idi. Derbi başlamamışdan öncə hər iki komandanın oyunçuları bir-birinə uğur arzulayıb. Türk idmanının iki nəhəngi arasındakı bu gözlənilməz, eyni zamanda xoş görüntü azarkeşlərin alqışına səbəb olub. Daha sonra hər iki komandanın oyunçuları birgə foto çəkdiriblər.

Bundan öncə 2017-ci ildə eyni klubların qadın valeybol komandaları birlikdə şəkil çəkdirmişdilər ki, bu foto “Şərəf diplomu” mükafatına layiq görülmüşdü.(oxu.az)

pia.az

 

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar