Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı əhəmiyyətini itirməyib”

"ABŞ-ın qəbuledilməz fəaliyyətlərinə baxmayaraq, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı öz qüvvəsini və əhəmiyyətini itirməyib"...

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
 
"Bu plan Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmi Tehranla bağlı suallarını sıfıra endirdi, İran İslam Respublikası nüvə proqramının maksimal dərəcədə şəffaflığı üçün imkan yaratdı, bu ölkənin agentliyin nəzarəti altında sülh məqsədi ilə nüvə texnologiyasını mənimsəmə və inkişaf haqqında qanuni hüququnu təsdiqlədi. Əminik ki, Birgə Hərtərəfli Fəaliyyət Planını saxlanması və müəyyən olunmuş müddətdə icrası üçün münbit şəraitin yaradılması bütün ölkələrin marağındadır", - deyə Rusiya XİN başçısı vurğulayıb.
 
Qeyd edək ki, 2015-ci il 14 iyul tarixində "Altılıq" ölkələri (Böyük Britaniya, Almaniya, Fransa, Çin, RusiyaABŞ) və İran Birgə Hərtərəfli Fəaliyyət Planına nail olunmasını elan edib. Sazişə əsasən, İran nüvə proqramını məhdudlaşdırmalı və bunun qarşılığında İrana qarşı sanksiyalar geri götürülməli idi. Lakin daha sonra ABŞ birtərəfli şəkildə həmin sazişdən çıxdığını elan edərək İrana qarşı sanksiyaları bərpa etdiyi açıqlayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar