Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banklar yenidən böhran yaşayır - Bəs 2 ildir aparılan sağlamlaşdırma nə oldu?

Hazırda bank sisteminin əsas problemi nədir və maliyyə bazarındakı mövcud şərtlər bu problemlərin həllinə nə qədər mane olur?..

“Ölkə başçısı bankların saglamlaşdırılmasından ötrü dalbadal addımlar atdı, lakin hazırki vəziyyət də ürəkaçan deyil”.

Bu sözləri iqtisadçı İlham Əzizov Azərbaycan banklarının yenidən böhran yaşamasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan banklarının yenidən böhran yaşaması məlum olub. Ölkə banklarının cari ilin ilk 9 ayının nəticələrinə dair maliyyə hesabatları bir daha göstərir ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankın təxminən 10-nun vəziyyəti qətiyyən ürəkaçan deyil.

Bunu mənfəətdən tutmuş kredit portfelinə, aktivlərin həcminə, problemli kreditlərin miqdarına qədər bir çox göstəricilər xarakterizə edir. Yeri gəlmişkən qeyd edək ki, cari ilin ilk 9 ayının nəticələrinə görə ən çox ziyan edən bank “Accessbank”dır. Bu bank 90 milyon manata yaxın zərər edib.

Belə çıxır ki, Azərbaycanda bank sisteminin sağlamlaşdırılması ilə bağlı iki ildən artıq aparılan fəaliyyətlər nəticəsiz olub. Hazırda bank sisteminin əsas problemi nədir və maliyyə bazarındakı mövcud şərtlər bu problemlərin həllinə nə qədər mane olur?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovla müzakirə edib.

İlham Əzizov: “Maliyyə bazarındakı şərtləri və oyun qaydalarını bankların inkişafına nail olmaq üçün yenidən düzənləmək lazımdır”.

Banklarımızın kredit risklərinin proqnozlaşdırılması məsələsində problemlərinin qaldığını vurğulayan iqtisadçı əlavə edib ki, banklarımızın əsas problemlərindən biri də faiz dərəcələrini belə demək olarsa, ədalətsiz təyin etmələridir:

Azərbaycan bankları ölkədə ard-arda baş verən devalvasiyalardan sonra hələ də özünə gələ bilmir. Beləki, həmin devalvasiyalardan sonra bütün diqqət banklara yönəldi və bank sektoru təhlil edilməyə başlandı. Məlum oldu ki, bu ictimai əhəmiyyət kəsb edən qurumlar, yəni banklar hətta öz vəziyyətləri barədə məlumatları da düzgün və vaxtında vermirlər.

Ölkə başçısı bankların saglamlaşdırılmasından ötrü dalbadal addımlar atdı, lakin hazırki vəziyyət də ürəkaçan deyil. Bu verilən kreditlərin geri qaytarılmamasında artımın hər ay artması ilə özünü biruzə verir. Ölkədə banklar real sektora vəsait ayırmaqda maraqlı deyillər. Bunu nəzərə alaraq Maliyyə Nəzarəti Palatası “Bank kapitalının və onun adekvatlıgının hesablanması Qaydalarına” dəyişiklik etdi. Bu da bazar risklərinə kapital buferi yaratmaga, qeyri-neft sejtoru üzrə ixracın maliyyələşdirilməsinə verilən kreditlərin risk dərəcəsinin azaldılmasına şərait yaradacaq.

İlham Əzizov: “Banklar böyük şirkətlərin maliyə kontoru yox öz real ictimai və dövləti məsuliyyətlərini artırmalıdırlar”.

Ümumiyyətlə banklarımızın kredit risklərinin proqnozlaşdırılması məsələsində problemləri qalmaqdadır. Banklarımızın əsas problemlərindən biri də faiz dərəcələrini belə demək olarsa, ədalətsiz təyin etmələridir. Fikrimizcə ölkəmizin miqyasını və əhali sayını nəzərə almaqla bankların yenidən təmərküzləşməsinə ehtiyac vardır.

Banklar böyük şirkətlərin maliyə kontoru yox öz real ictimai və dövləti məsuliyyətlərini artırmalıdırlar. Bank haqqında qanun təkmilləşməli, yeni situasiyaları nəzərə almalıdır. Maliyyə bazarındakı şərtləri və oyun qaydalarını bankların inkişafına nail olmaq üçün yenidən düzənləmək lazımdır. Real təftiş olunarsa, banklarımız göründüyündən daha ciddi çətinliklərin girdabındadır.”

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar