Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - Siyahı

Bakı və Sumqayıtda faliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb...

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:

“Çünki həmin ərazidə olan şadlıq saraylarının sayı çoxdur. Xan bağı, Cənnət, Xan sarayı, Hissa, Madonna, Milord, Grace Hall, Ayla şadlıq sarayları , Səhər mehi və Kometa restoranlarında tullantıların miqdarı normadan çox olub.

Binəqədi rayonunda Sonalar sonası, Şahənşah, Mələk, Oğuz xan, Qızıl tac, Al saray, Amor, Röya, Xətai rayonunda Fəridə, Leyla, Şəhzadə, Elgün , Neapol, Movida, Mirana, Nərimanov rayonunda Şuşa, Su sonası şadlıq sarayları, Orman, Xankəndi, İsa bulağı restoranları, Sumqayıt şəhərində Qubadlı, Tural, Nurlan, Dan ulduzu, Şəhanə, və Dədə Qorqud, Abşeronda Qarabağ, Ülvi, Səmayə və Sultan, Gəncə şəhərində Firuzə, Tural və Şəhzadə şadlıq saraylarıdır. Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar