Bazar, 17 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Albert Aqarunova ucaldılan heykəlin açılışı olacaq

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin rəsmi açılış tarixi məlum olub...

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin rəsmi açılış tarixi məlum olu.

Nərimanov Rayon İcra Hakimiyyətindən (RİH) Trend-ə verilən məlumata görə, Albert Aqarunova ucaldılan heykəlin rəsmi açılışı noyabrın 15-ə gözlənilir. Saat 13:00-da nəzərdə tutulan açılış mərasimində, RİH başçısı və digər rəsmi şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb və abidə sentyabr ayından artıq hazırdır. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.

Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.

A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar