Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Göyçayda XIV Nar Festivalı keçirilir - Foto

Göyçay rayonunda XIV Nar Festivalına start verilib...

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra 9 noyabr-Dövlət Bayrağı günü münasibətilə mərasim keçirilib. Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları Göyçay Bayraq Meydanında üçrəngli bayrağımızın ucaldılması mərasimində iştirak edib, Bayraq Muzeyi ilə tanış olublar.

Nar festivalının rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, artıq 14-cü dəfədir təşkil edilən və iki gün davam edəcək bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır: “Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan Nar Festivalı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir”.

Festival iştirakçıları nar məhsullarının sərgi-yarmarkasına baxış keçirib, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış ediblər.

Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçirilib. Xanəndələrin ifasında nara həsr olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim edilib. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.

Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxıb. Festivalda ən böyük nar nümayiş olunub.

Heydər Əliyev prospektində nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunub, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilib.

Qeyd edək ki, müxtəlif turizm şirkətləri noyabrın 9-10-da Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olur, Nar festivalına qatılır, satış-yarmarkalarda nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanırlar.(apa)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Laçın dəhlizi niyə önəmlidir? – Qarabağın taleyini müəyyənləşdirən nəfəslik

“Gəncədə erməni terrorunun növbəti qurbanı Rusiya vətəndaşı olub” - Hikmət Hacıyev + Foto/Video

Bakıda tədris mərkəzindən 7 min manat pul oğurlandı

“Noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

“SOCAR-AQŞ”nin direktoru işdən çıxarıldı - Yeni təyinat

Korotçenko: “Rusiya vətəndaşı olan ermənilər Dağlıq Qarabağ cəbhəsində iştirak edə bilməzlər”

Azərbaycanın da sahib olduğu “S-300”-lərin göstəriciləri - Fotolar

Ceyhun Bayramov Vaşinqtonda azərbaycanlıların hansı xahişinə əməl etmədi? - Video

loading...

Ən çox oxunanalar