Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ECO: Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur -Yenilənib

Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 24-cü iclası başlayıb...

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının Antalya bəyannaməsi qəbul edilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, 41 bəndlik sənədin iki bəndi Azərbaycanla bağlıdır.

Bəyannamədə qeyd olunub ki, Ermənistan bölgədə iqtisadi inkişafa ciddi mane olur: "Ermənistan xüsusilə Azərbaycanın ərazilərini işğal etməklə regionun iqtisadi potensialının azalmasına səbəb olur. İqtisadi Əməkdaşlıq Təşkilatı bölgədə həll olunmamış münaqişələrin həmin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan da daxil olmaqla hüququ pozulmuş ölkələin hüquqularının bərpasına, torpaqlarının qaytarılmasına və iqtisadi inkişafına hər cür köməklik edəcək".

Sənəddə həmçinin vurğulanıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı fəaliyyət göstərdiyi regionda bəzi üzv ölkələrin problemlərindən ciddi narahatlıq keçirir: "Qurum ölkələrdə ərazi bütövlüyü sarıdan mövcud olan həll edilməmiş münaqişələr, təhdidlərlə bağlı narahatlığını bildirir. Bu problemlərin sülh, danışıq, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarıdır. İqtisadi Əməkdaşlıq Təşkilatı terrorizmi və terrorçuluğu qəti şəkildə pisləyir. Terrorla mübarizədə üzv və qeyri-üzv ölkələrə daima dəstək göstərəcək".

***

Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantıda əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tacikistanın xarici işlər nazirinin müavini Khusrav Noziri ötən vaxt ərzində üzv ölkələrlə reallaşdırdığı layihələr haqqında danışıb. Daha sonra İƏT-in baş katibi Hadi Süleymanpurun məruzələri dinlənilib.

Hesabat məruzələrindən sonra Türkiyənin dövlət himni səsləndirilib və təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib və toplantı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə davam etdirilib.

Qeyd edək ki, İƏT beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılıb. Qurum 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının varisidir. 1992-ci ildə təşkilata Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üzv olub. Məhz noyabrın 28-i ECO Günü kimi qeyd olunur.(Report)

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar