Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Gələn il büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri açıqlanıb

Bu,Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb...

Sənəddə qeyd edilib ki, növbəti il üçün nəzərdə tutulmuş büdcə kəsirinin məbləği son illər üzrə ən böyük göstəricidir. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində müəyyən edilib. Bu, 2018-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 2 milyard 556,5 milyon manat və ya 12,5 dəfə çox, 2019-cu il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən isə 757,2 milyon manat və ya 37,4% çoxdur. Dövlət büdcəsinin proqnozlaşdırılmış kəsiri növbəti il üçün nəzərdə tutulmuş ÜDM-nə nisbətdə 3%-lik səviyyədən çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2018-ci ildə 1,4% proqnozlaşdırılıb, ilin sonuna 0,3% təşkil edib. Bu göstəricinin 2019-cu ilin sonuna 2,6% olacağı gözlənilir. Növbəti il il üçün bu nisbətin cari ilin gözlənilən göstəricindən 0,7 faiz bəndi çox olmaqla 3,3% təşkil edəcəyi nəzərdə tutulub.

Rəydə nəzərə çatdırılır ki, növbəti ildə büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri dəyişdirilməyib, büdcə kəsirinin əsasən vahid xəzinə hesabının qalığı vasitəsilə bağlanılması nəzərdə tutulub. Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq, 2019-cu ildə olduğu kimi, özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2020-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib. Növbəti ilin büdcə kəsirinin bağlanılmasına dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 62 milyon manat, daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) 100 milyon manat, 2020-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 1 mil yard 666,2 milyon manat, xaricdən cəlb edilmiş kreditlər üzrə 951 milyon manat vəsait yönəldiləcək: “Beləliklə də, proqnozlaşdırılmış büdcə kəsirinin təqribən 60%-nin vahid xəzinə hesabının qalığı vasitəsilə maliyyələşdiriləcəyini qeyd etmək olar”. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Naxçıvanda toy sərbəstliyi: “Şirinliyi ver, toy elə”

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

Bilgəhdə üçmərtəbəli villası prezidentin tapşırığı ilə sökülən FHN-nin idarə rəisi yeni villa tikdirib

“Mehdiyev ermənilərə qarşı çıxsaydı, arvadı ona divan tutardı” - Fəzail Ağamalı

“Rusiya Ermənistanı artıq buraxmayacaq” - Erməni ekspert

Əhmədzadənin qarabağlı müavini Füzuli uğrunda şəhidlər verdiyimiz günlərdə Londonda oğluna mənzil alıb - Foto

Tofiq Zülfüqarov Musabəyovu dəstəklədi: "Türk hərbçilərinin gəlməsini istəyənlər.."

Komendant saatının ləğvi ilə bağlı açıqlama

Tanınmış teleaparıcı Günay Firudinqızına ağır itki üz verib - Foto

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - Ermənilər panikadadır

loading...

Ən çox oxunanalar