Cümə axşamı, 03 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Vilayət Eyvazov paytaxt sakinlərini qəbul edib

Vilayət Eyvazov paytaxt sakinlərini qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində müraciət edən şəxslərin qəbulunu keçirir

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, V.Eyvazov Daxili İşlər Nazirliyində növbəti vətəndaş qəbulunu keçirərək müraciət etmiş 23 paytaxt sakini ilə görüşüb.

Nazir daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdəki fəaliyyəti ilə bağlı onların üzləşdikləri problemləri dinləyib, qaldırdıqları məsələlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, cari ilin son 3 ayı ərzində nazir Vilayət Eyvazov qəbul üçün müraciət edən 90 nəfər Bakı şəhər sakinini Daxili İşlər Nazirliyində qəbul edərək onları şəxsən dinləyib və problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Stepanakert adı da cəhənnəmə gedəcək, kəmhövsələ olmaq lazım deyil, imkan verək kişi işini görsün”

“Fakt odur ki, Qarabağ münaqişəsi bitdi” - Rusiyalı politoloq

Sumqayıt Polis İdarəsindən inanılmaz qərar: 141 min manatlıq böyük qalmaqal… - Fotofakt

“Müharibədən onlarla dəfə böyük və dağıdıcı faciə qaçılmaz olacaq” – Aslan İsmayılov

Azərbaycan hərbçiləri Kəlbəcərdə qızıl anbarı tapdı - Video

Hərbçilərimiz Kəlbəcərdə qızıl qumla dolu anbar tapdı - Video

Rusiyadan gözlənilməz qərar - İlhaq etdiyi bölgəyə “S-300” yerləşdirdi

Xocalı aeroportu Rusiyanın əli ilə ermənilərin nəzarətinə keçir - Azərbaycan buna imkan verəcəkmi?

Övladını atan, Adil İsgəndərovla düşmən olan, tamaşaçılar tərəfindən söyülən Xalq artisti...

Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən təklif

loading...

Ən çox oxunanalar