Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Türk Şurasının baş katibi ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Antalyada keçirilən iclası çərçivəsində Türk Şurasının baş katibi Bağdad Amreyev ilə görüşüb

Baş katib Bağdad Amreyev Türk Şurasının Bakı Zirvə Görüşünün yüksək səviyyədə təşkilindən məmnunluq ifadə etdi və Azərbaycanın bu kimi tədbirlərin keçirilməsi təcrübəsini yüksək dəyərləndirib. Baş Katib TDƏŞ-ə artan marağı qeyd edərək, bir çox ölkələr tərəfindən təşkilatda müşahidəçi qismində qoşulmaq istəyinin ifadə edildiyini bildirib.

Təşkilatın qarşıda duran əsas vəzifələrinə toxunan B.Amreyev üzv ölkələrinin energetika nazirlərinin görüşünün keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd edib.

Öz növbəsində nazir Elmar Məmmədyarov TDƏŞ gündəliyində duran başlıca məsələlərlə bağlı verilən ətraflı məlumata görə təşəkkür edərək, təşkilatın reallaşdırmağı nəzərdə tutduğu tədbir və layihələri təqdir edib.

Tərəflər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar