Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlara videooyun qadağası - Gündə 1,5 saat...

Çin hökuməti ölkədə videooyun bazarını məhdudlaşdıran yeni qanun paketi qəbul edib...

PİA.az “ICTnews”a istinadən xəbər verir ki, rəsmilərin sözlərinə görə, qanun paketi uşaqların videooyunlardan asılılığını azaltmaq üçün qəbul edilib.

Çinli yeniyetmələr iş günləri 1,5 saat və istirahət günü isə 3 saat videooyunlar oynamaq imkanına malikdirlər. Bundan başqa, ölkə hakimiyyəti axşam saat 22:00-dan səhər 08:00-dək oyunlardan istifadəni qadağan edib.

Bu qanunun icrasına nəzarət mexanizmi hələ ki məlum deyil. İndi Çin sakinləri videooyunlarda qeydiyyatdan keçmək üçün öz həqiqi adlarını və telefon nömrələrini yazmalıdırlar, ancaq yeniyetmələr əksər hallarda bu məqsədlə valideynlərinin telefonundan istifadə edirlər.

Həmçinin Çin hakimiyyəti yeniyetmələr tərəfindən onlayn oyunlarda öz hesablarına köçürülən pul məbləğinin miqdarını məhdudlaşdırıb. İndi 16 yaşına çatmamış oyunçular öz hesablarına aylıq 29 dollar, yaşı 16-dan 18-dək olanlar isə 57 dollar köçürə bilərlər.

Videooyun bazarının mütəxəssislərinin qənaətincə, belə yeniliklər videooyun istehsalçılarına zərər vuracaq.

pia.az


Etiket: uşaqlar qadağa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar